Mobil versiya
“20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə məktəblilər arasında rayon birinciliyi keçirilmişdir.
Tarix: 18-01-2017 | Saat: 16:27
Bölmə:Seçilənlər-5 | çapa göndər



17-18 yanvar 2017-ci il tarixlərdə ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə məktəblilərin qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirilmişdir. Birincilikdə 8 komanda iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin rəis müavini, ”Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” Tahir Quliyev açaraq 1990-cı il 20 Yanvar gecəsində baş verənlər haqqında gəncləri məlumatlandırdı. O bildirdi ki, Azərbaycan gənci bu tarixi milli məfkürəmizin oyanış günü kimi daim qürur və iftixar hissi ilə anmalıdır.

20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

RayonTəhsil Şöbəsinin metodisti Anar Rəsulov çıxış edərək yarışın keçirilmə qaydaları barədə komandaları bir daha məlumatlandırdı və onlara uğurlar arzuladı.

Yarış Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimlərindən təyin edilmiş hakimlər tərəfindən idarə olunmuşdur.

Birincilik Əsasnaməyə uyğun olaraq, Olimpiya sistemi üzrə keçirilmişdir, rəqiblər püşkatma yolu ilə müəyyən edilərək mübarizə aparmışlar.

Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə daha güclü oyun nümayiş etdirən N.Malıyev adına Qaradırnaq kənd tam orta məktəbinin komandası I yeri, R.Hüseynov adına Gülgəzli kənd tam orta məktəbinin komandası II yeri, R.Abbasov adına Əmirli kənd tam orta məktəbinin komandası isə III yeri tutmuşlar.

Birinciliyin keçirilməsi vaxtı heç bir əsasnamə pozuntusuna yol verilməmişdir.

Qalib komandalar Bərdə Rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar.












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024