Mobil versiya
“Bizim səviyyəmizə çata bilməzlər” - Faiq Sücəddinov
Tarix: 17-11-2017 | Saat: 11:20
Bölmə:Gündəm | çapa göndər

“Bizim səviyyəmizə çata bilməzlər” - Faiq Sücəddinov



Azərbaycanın "Eurovision”da iştirakı vacibdir. Biz belə mötəbər yarışlarda iştirak etməklə ölkəmizi bütün dünyada tanıtmalıyıq.

aia.az xəbər verir ki, bunu AzVision.az-a əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov deyib. O, bildirib ki, "Eurovision” müsabiqəsində iştirak etmək bizim musiqimizi, mədəniyyətimizi göstərmək üçün çox vacibdir.

"Biz müstəqil ölkədə yaşayırıq. Təbii ki, "Eurovision” da lazımdır. Avropa Oyunlarının keçirildiyi kimi "Eurovision”-a getməyə ehtiyac var. Bu, tanıtımın bir növüdür. Biz belə yarışlara mütləq öz nümayəndələrimizi göndərməliyik. Dünya görsün ki, musiqimiz, tariximiz var”.

Bəstəkar, həmçinin işğalçı Ermənistanın "Eurovision” mahnı müsabiqəsində Azərbaycana qarşı təxribatlarından söz açıb: "Onlar təxribata öyrəşiblər. Ömür boyu bunu edəcəklər. Çünki onların missiyası işğal və təxribatdan ibarətdir. Biz səviyyəli xalqıq. Ermənilər bizim səviyyəmizə çata bilməzlər. Dünya Azərbaycanın Ermənistandan üstün olduğunu görməlidir. Ermənilərin əsl simalarını hamıya göstərməliyik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024