Mobil versiya
İŞİD-ə qoşulan 200-dən çox şəxsin vətəndaşlığı ləğv edilib - RƏSMİ
Tarix: 17-11-2017 | Saat: 15:19
Bölmə:Gündəm | çapa göndər

İŞİD-ə qoşulan 200-dən çox şəxsin vətəndaşlığı ləğv edilib - RƏSMİ


"Araşdırmalara əsasən son il yarım ərzində Azərbaycan vətəndaşlarından Suriyada və İraqdakı qeyri-qanuni birləşmələrə qoşulma halları olmayıb".

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

Komitə rəsmisi bildirib ki, son aylar İŞİD-in üzərinə böyük hücumdan sonra həmin birləşmələrdən azərbaycanlıların qaçışı başlayıb. "Onların bir qismi Azərbaycana qayıdan zaman hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunub. Bir qismi isə məsuliyyətdən yayınmaq üçün üçüncü ölkələrdə gizlənməyə çalışır. Hüquq-mühafizə orqanları da partnyor ölkələr vasitəsilə həmin şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində iş aparır".

S.Heydərov qeyd edib ki, döyüşlərdə iştirak edən 200-dən artıq azərbaycanlının vətəndaşlığı ləğv edilib, onlar artıq ölkəyə qayıda bilməzlər.

"95 nəfər məsuliyyətə cəlb olunub. 300-dən artıq azərbaycanlının isə orada ölməsi haqqında məlumatlar var. Bir qism azərbaycanlı qalıb və onlar ölkəmiz üçün təhlükə mənbəyidir. Aidiyyatı dövlətlərlə birgə onların müəyyənləşdirilməsi istiqamətində işlər gedir. O cümlədən valideynləri itirmiş 19 uşağın Azərbaycana qaytarılması üçün aidiyyatı dövlət qurumları, xüsusilə Xarici İşlər Nazirliyi tərəfindən işlər aparılır. Uşaqlardan biri gətirilərək yaxınlarına təhvil verilib" - sədr müavini vurğulayıb.(azvision.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024