Mobil versiya
Ən çox vakant vəzifə bu nazirliklərdə olub
Tarix: 25-05-2018 | Saat: 14:14
Bölmə:Gündəm | çapa göndər

Ən çox vakant vəzifə bu nazirliklərdə olub


Vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 13 fevral 2018-ci il tarixində elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün qeydə alınmış namizədlərin müsahibələri başa çatıb.



Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.



Bildirilib ki, 7 dövlət orqanı üzrə 13 fevral 2018-ci il tarixdə elan edilmiş ümumi müsahibədə 166 vakant vəzifə üzrə müraciət etmiş 244 namizəddən 132-si müsahibələrdə uğur qazanaraq iddia etdiyi vakant vəzifəyə uyğun biliniblər.



Müsahibələr Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Kəlbəcər Rayon Məhkəməsi, Şamaxı Rayon Məhkəməsi üzrə keçirilib.



Dövlət İmtahan Mərkəzinə ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (43) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (110) tərəfindən təqdim olunub.



Təqdim olunan ən yüksək vəzifə Səhiyyə Nazirliyində Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri vəzifəsidir.



Ümumilikdə, bu günədək Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən ümumi müsahibə üzrə 137 namizəd vəzifəyə uyğun bilinib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024