Mobil versiya
ZAQS kağızı tələb edən və etməyən otellər – SİYAHI
Tarix: 22-07-2016 | Saat: 12:43
Bölmə:Gündəm | çapa göndər



Qanunlara görə hotel və istirahət mərkəzlərinə yerləşəndə nigah kağızı təqdim etməyə borclu deyilsən.

Azərbaycan qanunlarına görə turistlər hotel və istirahət mərkəzlərinə yerləşəndə nigah kağızı təqdim etməyə borclu deyillər. Bununla yanaşı, ölkədəki bəzi hotel və istirahət mərkəzləri müştərilərdən evliliyi sübut edən sənədlər tələb edirlər. Belələri otellərinin əxlaqsızlıq məqsədilə istifadə olunacağından və reputasiyasının korlanacağından narazıdırlar. Bu fikri dolayısı yolla Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də dəstəkləyib. O bildirib ki, hotellərə belə tələb qoyulmasa da onların öz reputasiyaları üçün narahatlığı başa düşüləndir.

Nəticədə bu məsələdə son söz yenə də hotel və istirahət mərkəzlərinindir. Müşahidələr göstərir ki, ölkədəki bəzi turizm obyektləri buraya istirahətə gələnlərdən nigah kağızı tələb edir, digərləri isə bu məsələni ümumiyyətlə yada salmırlar. Ölkə ictimaiyyətinin diqqət mərkəzində olduğunu və turizm mövsümü zamanı ölkə daxilində istirahət edənlərin sayının böyük olduğunu nəzərə alaraq fins.az Bakıda və regionlarda nigah kağızı tələb edən və etməyən otellərin siyahısını müəyyənləşdirib. Baku.ws

Nikah şəhadətnaməsini tələb edən otellər:

"Askar” oteli (Bakı)
"Ramada Hotel” (Bakı)
"Alp İnn” otel (Bakı)
"Arena” otel (Bakı)
"Bosfor” otel (Bakı)
"Ariva” otel (Bakı)
«Excelsior Hotel» (Bakı)
"Atropat” otel (Bakı)
"Araz Hotel” (Bakı)
"Şafran” otel (Bakı)
"Qafqaz Park” otel (Bakı)
"Admiral” otel (Bakı)
"Qız Qalası” oteli (Bakı)
"Passage Hotel” (Bakı)
"Küngüt” (Şəki)
"Qubek Hotel”(Balakən)
"Deluxe Hotel” ( Gəncə)
"Sakit Göl” (Şamaxı)
"Naftalan Hotel by Rixos” (Naftalan)


Nikah şəhadətnaməsi tələb etməyən otellər:

"Modern Hotel” (Bakı)
"Çıraq Plaza” (Bakı)
"Fairmont Hotel” (Bakı)
"Four Seasons Hotel Baku” (Bakı)
"Caspian Business Hotel” (Bakı)
"Park Hyatt” hoteli (Bakı)
"Panorama Villa Lux” hoteli (Bakı)
"Azcot” hoteli (Bakı)
"Kempinski Hotel” (Bakı)
"Austin Butik” hotel (Bakı)
"Emerald Hotel” (Bakı)
" Rigs” hotel
"The Landmark Hotel” hoteli (Bakı)
"Central Park” hoteli (Bakı)
"Egoist” hoteli (Bakı)
"Atlant İstirahət Mərkəzi (Nabran)
"Şəki Saray” hoteli (Şəki)
"Şəki Palace” hoteli (Şəki)
"Rixos Quba Azerbaijan” hoteli (Quba)
"Excelsior Hotel Şəmkir” (Şəmkir)
"Duyma Hotel” (Qəbələ)
"Relax” Lerik İstirahət Mərkəzi (Lerik)
"Palıdlı Sahil” İstirahət Mərkəzi (Lənkəran)
"Vego” hoteli ( Gəncə)
"Narınqala” hoteli (Şəki)
"İSSAM Hotel” (Şəki)
"Şəki Park Hotel” (Şəki)
"Şəki Palace Hotel” (Şəki)
"Gəncə” hoteli (Gəncə)
"Masallı” hoteli (Masallı)
"Cənnət bağı” (Quba)
"River Side Hotel " (Mingəçevir)




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024