Mobil versiya
Gömrükdə siqaret əməliyyatı davam edir
Tarix: 22-04-2017 | Saat: 15:05
Bölmə:Cəmiyyət | çapa göndər

Gömrükdə siqaret əməliyyatı davam edir


Rusiyadan gələn azərbaycanlının avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

AİA.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasında Rusiya istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-2106" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, nəqliyyat vasitəsinin ön və arxa işlək təkərlərinin içərisindən gömrük nəzarətindən gizlədilən 5000 ədəd "NZ Gold Compact" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024