Mobil versiya
Uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü
Tarix: 18-01-2017 | Saat: 12:19
Bölmə:Cəmiyyət / Karusel | çapa göndər



Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Bakı sakini Vüqar Qocayev oğlu Umudun ötən gün bağçada Qala adlı müəllimə-tərbiyəçi tərəfindən döyüldüyünü iddia edir.

BAKU.WS xəbər verir ki, hadisə Binəqədi rayonu 193 saylı körpələr evində baş verib. Ata övladını bağçaya yola salarkən sifətində heç bir iz-yara olmayıb. Amma axşam bağçaya gedəndə aşkar edib ki, uşağın dodağında yara var.

Valideyn dünən mobil telefon vasitəsilə Umudun bağça yoldaşlarından məlumatı dəqiqləşdirib. Onlar da Umudun həqiqətən də tərbiyəçi tərəfindən zorakılığa məruz qaldığını bildiriblər. 5 yaşlı Umud da Qala adlı müəllimə tərəfindən döyüldüyünü desə də, qadın bütün deyilənlərin yalan olduğunu bildirdi.

Müəllimə-tərbiyəçi iddia edir ki, uşaq sinifdə ya özü yıxılıb, ya da evdən gələndə bu vəziyyətdə olub.

Vüqar Qocayev məsələ ilə bağlı Binəqədi rayon 5-ci polis bölməsinə müraciət edib. Sözügedən məsələyə hüquqi qiymət araşdırmalardan sonra veriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024