Mobil versiya
Bu şəxslər “Qarabağ”-“Çelsi” matçına buraxılmayacaq
Tarix: 17-11-2017 | Saat: 16:49
Bölmə:İdman | çapa göndər

Bu şəxslər “Qarabağ”-“Çelsi” matçına buraxılmayacaq


Noyabrın 22-də İngiltərənin "Çelsi” klubunu qonaq edəcək "Qarabağ”ın oyununa şəxsiyyət vəsiqəsiz bilet almaq mümkün deyil.
Bu barədə ASAN Xidmət Mərkəzindən bildirilib. Azarkeşlər yalnız şəxsiyyət vəsiqələri ilə kassalara yaxınlaşaraq futbola bilet ala bilərlər.
"Qarabağ”ın Çempionlar Liqasında bundan əvvəlki ev oyunlarına da şəxsiyyət vəsiqəsi olmadan bilet almaq mümkün deyildi.
Qeyd edək ki, Ağdam klubunun ingilislərlə qarşılaşmasına biletlərin satış məntəqələri bunlardır:
"Gənclik mall” və "28 mall”
"Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 ("Azərbaycan" kinoteatrının yaxınlığı) Bülbül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. ("Nizami" kinoteatrının yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024