Mobil versiya
Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək
Tarix: 24-05-2018 | Saat: 17:38
Bölmə:İdman | çapa göndər

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək


Bu gün Kiyevdə UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

aia.az-ın məlumatına görə, iclas zamanı 2019-2020-ci il mövsümündə Çempionlar Liqası və Avropa Liqasının final oyunları, eləcə də 2020-ci il UEFA Superkuboku matçının keçiriləcəyi şəhərlər açıqlanıb.

Belə ki, həmin il Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində, Atatürk Olimpiya stadionunda keçiriləcək. Avropa Liqasının final matçına isə Polşanın Qdansk şəhəri ev sahibliyi edəcək.

Hər iki turnirin qalibi 2020-ci ilin avqustunda Portuqaliyanın Porto şəhərində, "Draqao" stadionunda Superkubokun sahibini müəyyənləşdirəcək.

Xatırladaq ki, 2019-cu ildə Avropa Liqasının final oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024