Mobil versiya
Kimsəsiz uşaqlara qayğı
Tarix: 15-04-2024 | Saat: 21:10
Bölmə:Özəl | çapa göndər

Kimsəsiz uşaqlara qayğı

Zərifə xanım, ilk növbədə, böyük və parlaq şəxsiyyət olmuşdur. O, görkəmli dövlət xadimi, xalqımızın sədaqətli oğlu Əziz Əliyevin ailəsində doğulub böyümüş, gözəl tərbiyə və mükəmməl təhsil almışdır. Əsil-nəcabətli ziyalı mühitində formalaşan Zərifə xanım qayğıkeş və mehriban ana kimi övladlarına da ən yüksək mənəvi keyfiyyətləri aşılamışdı. Zərifə Əliyeva ətrafına nur saçan böyük ziyalı olmuşdur. O hesab edirdi ki, insan biliyi ilə mütləq cəmiyyətə fayda verməli, xeyirxah əməlləri ilə özündən sonra iz qoymalıdır.
Akademik Zərifə Əliyeva 1923 cü ildə anadan olmuş və öz həyatını səhiyyə elminin inkişafına həsr etmişdir. O, Azərbaycan Dövlət tibb institunun müalicə-profilaktik fakultəsində oxumuş və oranı əla qiymətlərlə bitirmişdir. O, bir həkim kimi Azərbaycanda gözü zədələyən, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı mübarizə aparmışdı. Zərifə xanım traxoma xəstəliyinə qarşı Azərbaycanda fəal iştirak edir, rayonlara gedərək həkimlərə oftalmoloqlara məruzələr oxuyurdu.
Yüksək səviyyəli peşəkar kimi neçə-neçə insanın gözünə işıq verib, onları həyata qaytaran akademik Zərifə Əliyeva həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəmət və şəfqətdir. 
Zərifə xanım Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz xəstəlikləri institunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1950-ci ildə aspiranturaya daxil olur. Sonra Elmi axtarışlarını davam etdirmişdir. Traxomanın bir xəstəlik kimi ləğv olunması onun adı ilə bağlıdır. O, traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi mövzusuna namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. O, bu sahədə ixtisaslaşaraq elmlər namizədi adını almış və onun təşkil etdiyi müalicə metodu bütün Respublikaya yayılmışdır. Zərifə Əliyeva uşaq evlərində olan kimsəsiz uşaqlara xüsusi xidmət göstərmişdir.
O, 1960-cı ildən 1967-ci ilə qədər oftalmologiya İnstitunda böyük elmi işçi kimi çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya komissiyası ona oftalmologiya ixtisası üzrə böyük elmi işçi adı vermişdir. 1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət həkimləri təkmilləşdirmə institunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur.
O, işlədiyi müddət ərzində təkmilləşdirmə institutunun da kursların dinləyici həkimləri ilə pedaqoji iş aparmışdır. Zərifə xanım Əliyeva həkimlərin biliklərinin genişlənməsinə köməklik etmişdir. Onun çoxillik müşahidələrinə kilinik tədqiqatları eksperimentlərin nəticələri ona dissertasiyasının əsasını təşkil etmişdir. Zərifə xanım Əliyeva H.Helmqolts adına Moskva Elmi Tədqiqat göz xəstəlikləri İnstitununda müdafiə etmişdir.
Zərifə xanıma 1977-ci ildətibb elmləri doktoru elmi dərəcəsi adı verilmişdir. O, professor adnı almışdır. Gördüyü işlərinə görə ictimaiyyətdə rəğbət qazanmışdır. Elmi araşdırmalar nəticəsində Zərifə xanım Əliyeva bir neçə monoqrafiyalar çap etdirmişdir. Zərifə xanım Əliyeva fundamental Terapevtik oftalmologiya kitabının müəlliflərindən biri olmuşdir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Zərifə Əliyeva 150 yə yaxın elmi əsərin 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici, təklifin müəllifi həmmüəllifi olmuşdur.
Akademik Zərifə xanım Əliyeva 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki M.İ.Averbası adına mükafatına layiq görülmüşdür.
Onun xidmətlərinə çoxillik elmi tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında dünyasını dəyişmişdir. Moskva şəhərindən 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirlərək Fəxri Xiyabanda dəfn olunmuşdur. 

Fatimə Talıbzadə Astan qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024