Mobil versiya
ABŞ İsraildən təfərrüatlı plan almadığını bildirib
Tarix: 16-04-2024 | Saat: 22:23
Bölmə:Özəl | çapa göndər

ABŞ İsraildən təfərrüatlı plan almadığını bildirib

İsrail hələ də ABŞ-a Rəfah şəhərində hərbi əməliyyat keçirmək, eləcə də buradan dinc əhalini təxliyə etmək planı barədə ətraflı məlumat verməyib. Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə deyib.“Həm evakuasiya, həm humanitar mülahizələr, həm də hərbi komponent baxımından onların planları haqqında hələ də ətraflı məlumat almamışıq”, - o deyib.
Martın 31-də İsrailin baş naziri Benyamin Netanyahu Rəfahda hərbi əməliyyat planlarının təsdiqləndiyini açıqlayıb. Onun fikrincə, şəhərə girmədən və orada HƏMAS batalyonlarını məhv etmədən Qəzza zolağında münaqişədə qələbə olmayacaq. Baş nazirin o zaman qeyd etdiyi kimi, əməliyyat hazırlıq tələb edir. Vaşinqton dəfələrlə qeyd edib ki, İsrailin şəhərə quru qoşunları göndərmək planı oradakı mülki əhaliyə zərər verəcək və yəhudi dövlətinin təhlükəsizliyini zəiflədəcək bir səhvdir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024