Mobil versiya
Müzəffər sərkərdənin anası
Tarix: 17-04-2024 | Saat: 10:41
Bölmə:Siyasət | çapa göndər

Müzəffər sərkərdənin anası

Dünya təbabətində özünəməxsus yeri, Azərbaycan tibb elminin təşkilatçılarından biri, fitri istedada malik alim, eyni zamanda, Allahın Azərbaycan xalqına bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir şəxsiyyətlərdən biri də akademik Zərifə Əliyevadır. Zərifə xanımın sönməz ziyası onu əziz tutan insanları bir daha öz işığına toplayır, öz nuruna qərq edir.

Zərifə xanım Əliyeva 923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu nəslə və ailəyə məxsus ziyalılıq, əməksevərlik, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.
Elmi işlə praktik həkimliyi eyni zamanda həyata keçirən 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görüldü. Qeyd edək ki, Zərifə xanım bu mükafatı almış ilk qadın olmuşdur.

Zərifə xanım, eyni zamanda, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım, eyni zamanda, qayğıkeş ana idi. İncə təbiətli, bu kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin inam və etibarını hər addımda doğrultmuşdu. Ən ağır və təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını bir an belə tək qoymamış, onun dayağına çevrilmişdi.
Cəmiyyətin həyatında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı bir qadın, gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Zərifə xanım analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu nadir şəxsiyyəti belə xarakterizıə edir: “Mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.”

Aprelin 15-də bu böyük şəxsiyyətin, qayğıkeş Ananın, sədaqətli ömür gün yoldaşı olmuş Zərifə xanımın Haqq dərgahına qovuşmasının 39 ili tamam olur. Bəşəriyyət bundan sonra da neçə əsrlərin şahidi olacaq. Tarixin yaddaşında isə bəşəri ideyalarla yaşayıb insanlığa xidmət edən şəxslər qalacaq. Belə şəxsiyyətlərdən biri olan Zərifə xanım Əliyevanın ömrü də tarix qədər olacaq və tarixin qızıl səhifələrində öz yerini saxlayacaq. Bütün mənalı ömrünü insanların sağlamlığına həsr etmiş alim, sədaqətli həyat yoldaşı, müzəffər bir sərkərdənin anası kimi...

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024