Mobil versiya
Azərbaycanın xarici siyasətinin növbəti təntənəsi
Tarix: 17-04-2024 | Saat: 22:21
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycanın xarici siyasətinin növbəti təntənəsi

Artıq xəbər verildiyi kimi, Azərbaycan və Rusiya rəhbərləri tərəfindən ölkəmizdə müvəqqəti yerləşdirilən sülhməramlıların vaxtından əvvəl çıxarılması barədə qərar qəbul edilib və Rusiya kontingentinin Azərbaycandan çıxarılması prosesi başlayıb. Təbii ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra həyata keçirdiyi müvafiq tədbirlərlə sabitliyi, millətlərarası normal əlaqələri təmin etmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Ölkəmiz beynəlxalq səviyyədə Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni mənşəli şəxslər üçün bütün təminatları verdi. Həmçinin Azərbaycan hazırda bütün Cənubi Qafqazda sülhün və sabitliyin qorunması istiqamətində lazımi addımları atır.

Faktiki olaraq Rusiya Sülhməramlılarının ölkəmizin ərazisində yerinə yetirməli olduğu heç bir funksiyası qalmamışdır. Vaxtilə Qarabağda yaradılmış qeyri-qanuni, separatçı rejimin ordumuzun keçirdiyi antiterror tədbiri nəticəsində ləğv olunmasından sonra erməni sakinlərinin böyük bir hissəsi ərazini könüllü sürətdə tərk etdilər. Qalanlar isə Azərbaycan vətəndaşlığını qəbul ediblər. Azərbaycan dövləti tərəfindən onların sosial məsələləri diqqətdə saxlanılır və həll olunur, təhlükəsizlikləri təmin edilir. Azərbaycan Silahlı Qüvvələri bütün əraziyə və sərhədlərə tam nəzarət edir. Bu isə o deməkdir ki, dövlətçiliyimiz, eləcə də işğaldan azad olunmuş ərazilərimizdəki sakinlər üçün heç bir təhlükə yoxdur. Bununla da Azərbaycan Qarabağla bağlı bütün problemlərin həllini tam olaraq başa çatdırmış oldu. Birmənalı olaraq deyə bilərik ki, bu, Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təntənəsidir.

Gülər Sultanzadə, Azərbaycan Texniki Universitetinin tələbəsi YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024