Mobil versiya
NİGAR ƏLİYEVA KİMDİR?
Tarix: 19-04-2024 | Saat: 14:37
Bölmə:Özəl | çapa göndər

NİGAR ƏLİYEVA KİMDİR?

​Nigar Əliyeva 16 Aprel 1989-cu ildə Azərbaycanın paytaxtı Bakı şəhərində dünyaya göz açmışdır. Amma respublikanın paytaxtında dünyaya gəlsə də, ölkəmizin cənnət bölgələrindən olan cənub zonasının göz bəbəyi olan Xan Lənkəranda böyümüşdür. O, orta təhsilinə Lənkəran rayonu Liman şəhər İlqar Mahmudov adına 1 saylı tam orta məktəbdə başlamış və elə həmin təhsil ocağının da məzunu olmuşdur. Təhsilə və xüsusilə mütaliəyə önəm verən birisikimi xeyli kitabları hələ erkən yaşlarından mütaliə etmişdir. Orta təhsil alıb mütaliədən qalmamaqla yanaşı yaradıcılığa meyilli bir insan olduğundan Nigar ara-sıra şeirlər yazmağıda sevirdi. Orta məktəbdə oxuduğu illərdə bir çox qəzetlərdə şeirləri çap olunmuşdur. Məzun olduqdan sonra Lənkəran Dövlət Universitetinin nəzdində Sosial Aqrar Texnoloji Kollecinin (Lənkəran Dövlət Humanitar Kolleci) “İbtidai təhsil” fakültəsinə daxil olub. Kollecdə oxuduğu dövrlərdə təhsilinə diqqətlə yanaşmaqla bərabər, yaradıcı potensialını inkişaf etdirmək üçün çalışma və mütaliələrinə də fasilə verməmişdir. Bu sayədə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur. Eyni zamanda gənc şairənin poetik təfəkkürünün məhsulu olan kövrək misralar yerli qəzetlərdə işıq üzü görmüşdür.



Uzun illər idi Nigarın qəlbində gəzdirdiyi bir sevgi var idi. Bu, günbəgün artan Qurani-Kərim və İslam sevgisi idi. Nigarın yaşı artdıqca İslam əxlaqına və elminə marağı və sevgisi də ilbəil artırdı. Kolleci bitirdikdən sonra bu sevgi onu Lənkəran Cümə Məscidi nəzdində fəaliyyət göstərən mədrəsəyə gətirdi. O, burada İlahiyyət fakültəsinə daxil olmuşdur. Mədrəsədə Qurani-Kərimin təcvid ilə oxunması,İslam Əxlaqı, İslam tarixi, Üsulliddin Əqaid, İslam psixologiyası, şəriət risaləsinin hökmləri və başqa elmlərə sahiblənmişdir. Onun bu elmləri öyrənməkdə məqsədi bir müsəlman olaraq dinini gözəl şəkildə bilmək, ailəsini və insanları İslam dininin elmləri ilə maarifləndirmək idi. Nigar buranı bitirdikdən sonra Lənkəran rayon Liman şəhər 4 saylı Uşaq bağçasında pedaqoq olaraq fəaliyyətə başlayıb. Öz üzərində dayanmadan çalışdığına görə tez bir zamanda valideynlərin və şagirdlərinin sevimlisinə çevrilir.Qısa zamanda iş kollektivinin də hörmətini qazanır. Orta məktəblərdə və məktəbəqədər təhsildə ənənəvi metoddankurikulum metoduna keçilməsi ilə əlaqədar təlimlərə qatılaraq uğurlar qazanır.

Fəaliyyətinin bu dönəmində uşaqlarla işin incəliklərinə fikir verərək bu məsələdə valideyn, şagird və müəllimüçlüyünün bir-birinə qarşılıqlı informasiya ötürməsinə xüsusi diqqət edir. Uşaqları daha yaxşı anlamaq məqsədilə onların yaş psixologiyası ilə daha dərindən maraqlanmağa, eyni zamanda uşaqların bir şəxsiyyət kimi psixoloji cəhətlərini ələ almağa çalışır. Pedaqoqun işinin psixoloji aspektlərini araşdırmağa və psixoloji seminarlarda iştirak etməyə önəm verir. Uşaqların yaş dövrlərinə uyğun şəkildə davranılmasına, özgüvənlərinin yüksəlməsinə, düşüncələrini,fikirlərini söyləməsinə fərqli baxış bucağından yanaşmağa çalışmışdır. Uşaqların sosiallaşması üçün ilkin mərhələ sayılan məktəbəqədər təhsilin mühüm əhəmiyyət kəsb etməsindən dolayı körpə fidanların bu mərhələni uğurla keçməsi üçün əməyini əsirgəməmişdir.
İkinci övladının dünyaya gəlməsi ilə əlaqədar analıq məzuniyyəti götürərək övladı ilə vaxt keçirməyin daha doğru olduğunu düşünərək işinə fasilə vermək qərarına gəlmişdir. Nigarın həyatında dəyişikliklər bundan sonra başlayıb. Neyrologiya elmi ilə ilk dəfə məhz analıq məzuniyyətində olduğu zaman tanış olmuş və beləcədünyaca məşhur türk neyro alim Dəniz Egecenin təlimlərinə qatılıb.
Analıq məzuniyyətinin davam etdiyi dönəmdə təhsil səviyyələrini daha da yüksəltmək üçün ailəvi şəkildə Kanadaya köçməyi qərara almışlar. Tale elə gətirib ki, Nigar Əliyeva uzun müddət ailəsindən uzaq qalıb. Uzun zamandan sonra övladları və Nigar xanım həyat yoldaşına qovuşublar.
Ailənin Kanada həyatı başladıqdan sonra Nigar xanım orada da boş oturmur. Kanadaya gedən kimi ölkənin nüfuzlu təhsil mərkəzlərinin birində - Corc Braun kollecində“EAP” proqramına daxil olur. Məzun olduqdan sonra da öz üzərində işləməyi davam etdirir. Və beləcə psixologiya və neyrologiya sahələrində elmi biliklərini daha da inkişaf etdirmək üçün özəl təlimlərə qatılır. İlk öncə NLP- (neyrolinqivistika) təlimini, bioenerji, neyroqrafika, hipnoz, eril-dişil təlimi, çakra təlimi, bilincaltı kodlama, meditasiya kouçluğu, nəfəs koçluğu, EFT təlimi, imajinasiyon, ailə dizimi, kontakt köçürmə, reiki təlimi, biometrik üz oxuma,təlimçinin təlimi, kvant təlimi, reqresiya, yaşam kouçluğu, matrisa doğum xəritəsi analizi və bu kimi 40-dan artıqpsixologiya təlimlərində iştirakçı olub. İnsan psixologiyasına duyduğu sonsuz maraq indi onu Kanadada psixologiya sahəsində bakalavr təhsili almaq üçün hazırlaşmağa həvəsləndirib.

Gələcəkdə Kanada məktəblərində psixoloq-pedaqoq olaraq çalışmaq arzusundadır. Uşaqların özgüvənli böyüməsinə şərait yaratmaq, özlərini kəşf etmək bacarıqlarını onlara aşılamaq, hamiləlik dövründə həyatlarında baş verən psixoloji rahatsızlıqları zamanı özlərini idarə etmələrinin yollarını kontrol altında saxlamağı gələcək analar ilə paylaşmaq Nigar xanımın psixologiyada əsas maraq dairələri olmaqla əsas böyük layihələrinin başlıca istiqamətlərini təşkil edir.

Və bununla yanaşı Kanadada “ENİH FAMİLY” NEURO-PSCHOLOGY SCİENCE ACADEMY (ailə baş hərflərindən ibarət) psixoloji şirkətini yaradaraq insanlığa daha geniş şəkildə xidmət etmək planı üzərində işlərini davam etdirir.
Ailəlidir, iki övladı vardır. Hazırda ailəsi ilə birlikdə Kanadanın Toronto şəhərində yaşayır və bu şəhərdəməktəblərin birində könüllü olaraq fəaliyyət göstərir.

Pedaqoq, psixoloq, şüuraltı terapist Nigar Əliyeva
Müəllifin “İçdən təşəkkür və şükür” adlı kitabı yaş məhdudiyyəti olmadan hər kəsin oxuya biləcəyi kitabdır.
Əziz oxucu! İçdən təşəkkür və şükürlərimizi çoxaldaraq öz iç dünyamız olan ruhsal aləmin ilə tanış olacaq və özünü kəşf etməyə doğru irəliləyəcəksən. Həyatımızı dəyişmək seçimi öz əlimizdədir.

5 illik təcrübə əsasında qələmə alınmışdır.
Nigar Xanım ana vətəndən uzaqda qürbət ellərdə olsa da ilk kitabını vətənində nəşr etdirmək arzusunu həyata keçirdiyi üçün çox məmnundur.Və onuda qeyd edə bilərik ki, kitabı yazmaqda məqsədi insanlığa bəşəriyyata fayda verməsidir.İnsanların həyatına toxunuş etmək onun yaşam amalında başlıca amillərdəndir.Nigar xanıma yaradıcılığında uğurlar arzu edirik.Ümid edirik kitabı çox oxunan kitablar silsiləsindən olacaqdır.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024