Mobil versiya
Ölkəmizdə Peşəkar Reytinq yarışları təşkil edilir -Fotolar
Tarix: 23-04-2024 | Saat: 11:46
Bölmə:Karusel / Özəl / İdman | çapa göndər

Ölkəmizdə Peşəkar Reytinq yarışları təşkil edilir

“Eagle Fight Series” Beynəlxalq Peşəkar Döyüş Təşkilatı Azərbaycanda "Qartal" Peşəkar İdman Klubu və Peşəkar “Kung-Fu” Liqası ilə müqavilə bagladıqdan sonra ölkəmizdədə bir sıra Peşəkar Reytinq yarışları təşkil edib. Hazırda daha bir neçə Döyüş Fedərasiyasından da əməkdaşlıq təklifləri alınmışdır.

aia.az xəbər verir ki, yaxın günlərdə ölkəmizdə digər döyüş Fedərasiyaları ilə də əməkdaşlıq müqaviləsinin imzalanacağı və “Eaglə Fight Series” Beynəlxalq Peşəkar Döyüş Təşkilatının təşkilatçılığı ilə br neçə döyüş növünun də İştirakı gözlənilir.
May ayında ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Reytinq Yarışlarında 5 ölkənin idmançılarına qarşı Azərbaycan idmançılarının mübarizəsi gözlənilir. Yarışlar bir neçə döyüş növü üzrə baş tutacaq. İştirak edəcək idmançılar ölkəmizin ən tanınmış idmançılarından olmasına baxmayaraq, yenə də öz güclərini seçmə döyüşlərdə sınayacaqlar və qaliblər Reytinq Yarışlarında iştirak edəcəklər.

Həmin mötəbər yarışlarda, böyüklərdən ibarət peşəkar idmançılarla yanaşı, həm də yarışın açılış döyüşü olaraq azyaşlı idmançılarımıza da yer verilib. Yarışın ilk açılış döyüşü olaraq Faiq Paşayev 25 kq çəki dərəcəsində və 40 kq çəki dərəcəsində Uğur Paşayev öz gücünü rəqiblərinə qarşı sınayacaqlar. Hər iki idmançı yaşlarının az olmasına baxmayaraq, məşqçiləri və təşkilatçılar tərəfindən gələcəyin ən güclü idmançılarından olmaları gözlənilir. Hər iki idmançı hazırda böyük əzm və iradəylə hazırlıqlarını davam etdirirlər və yarışda qalib gəlmək uçun bütün güclərindən istifadə edəcəklərini və Peşəkar Rinqdə, Peşəkar yarışlarda, Peşəkar idmanda elə indidən öz adlarını duyuraraq, gələcəyin ən güclü idmançıları sırasında, hətta o sıranın ən önündə olmaq iddialarini bildirirlər.
Biz də öz növbəmizdə azyaşlı, ancaq perspektivli idmançıların bu cür peşəkar təşkilatlarda iştirak etmələrinə dəstək olduqları üçün təşkilatçılara təşəkkür edir, başda Faiq və Ugur Paşayəvlər olmaqla yarışda iştirak edəcək olan bütün idmançılara böyük uğurlar arzulayırıq.

Yarış “Eagle Fight Series” Beynəlxalq Peşəkar Döyüş Təşkilatının və “Qartal” Peşəkar İdman Klubunun Prezidenti Yaqub Ibrahimovun təşkilatçılığı ilə, “Nice Group” şirkətinin baş sponsorluğu, Anar Reklam və Poliqrafiya şirkətinin, Berg Enerji içkilərinin, Kəhriz Sulariının dəstəyi ilə təşkil ədiləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024