Mobil versiya
Kiyev 2023-cü ilin yekunlarına əsasən büdcə kəsirinin 33,4 milyard dollar olduğunu bildirib
Tarix: 23-04-2024 | Saat: 21:13
Bölmə:Özəl | çapa göndər

Kiyev 2023-cü ilin yekunlarına əsasən büdcə kəsirinin 33,4 milyard dollar olduğunu bildirib

Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk ölkənin 2023-cü il büdcəsinin 1,3 trilyon qrivna (33,4 milyard dollar) kəsirlə icrasına dair hesabatın təsdiqini açıqlayıb. Bu barədə TASS yazır."Hesabat 2,67 trilyon qrivna (67,59 milyard dollar) gəlir və 4,01 trilyon qrivna (101,54 milyard dollar) xərclə, 1,34 trilyon qrivna (33,42 milyard dollar) kəsirlə təsdiqlənib", - Melniçuk bildirib.
Onun sözlərinə görə, sənəd Radaya, prezidentə və Hesablama Palatasına göndəriləcək.

Ukraynanın 2023-cü il büdcəsinə ilkin olaraq 38 milyard dollar kəsir daxil edilib.Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin sonunda ölkənin dövlət borcu ÜDM-in 80%-nə çatıb.

Aprelin əvvəlində Ukrayna Milli Bankı, fevral ayında Polşa fermerləri tərəfindən sərhədin blokadaya alınmasının 350-400 milyon dollar itkiyə səbəb olduğunu göstərən bir hesabat açıqladı qeyd etdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024