Mobil versiya
Arda Güler "Real"dan ayrılacaq?
Tarix: 24-04-2024 | Saat: 10:23
Bölmə:İdman | çapa göndər

Arda Güler "Real"dan ayrılacaq?

"Real"ın yarımmüdafiəçisi Arda Güler ​​İspaniya klubundan icarə əsasında ayrılmaq istəmir.

aia.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Türkiyəli futbolçu Madrid komandasında qalmaq istəyir. O, növbəti mövsümdə "Real"ın heyətində daha çox oyun şansı almaq üçün mübarizə aparmaq niyyətindədir.

Daha əvvəl mətbuatda "Real Sosyedad" və "Sevilya"nın yarımmüdafiəçini icarə əsasında transfer etmək məqsədi ilə "Real"la əlaqə saxlayacağı barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, Arda Güler ötən ilin yayında "Fənərbaxça"dan "Real"a keçib. O, aldığı ardıcıl zədələr səbəbindən yalnız bu qış komandada debüt edə bilib. Lakin futbolçu komandada cəmi 7 oyun keçirib. Güler bu görüşlərin əksəriyyətində ehtiyatdan meydana çıxıb. Oyunçu 1 qola imza atıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024