Mobil versiya
Bakı Sağlamlıq Mərkəzinin kollektivi akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər -Fotolar
Tarix: 28-04-2024 | Saat: 09:40
Bölmə:Manşet / Ölkə | çapa göndər

Bakı Sağlamlıq Mərkəzinin kollektivi akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər
Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyidir

Bugün Azərbaycanın görkəmli alimi, oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyidir.

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Bakı Sağlamlıq Mərkəzinin tibbi və inzibati heyəti Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri qoyub və əziz xatirəsini ehtiramla yad edib.

Bakı Sağlamlıq Mərkəzimizin İcraçı direktoru Dos. Dr. Asiman Həsənov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edib, məzarları önünə gül dəstəsi qoyub.

Onların əziz və parlaq xatirəsini qürur, hörmət və ehtiramla yad edirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024