Mobil versiya
Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş Beynəlxalq Elmi-praktik konfrans keçirilib -Fotolar
Tarix: 28-04-2024 | Saat: 11:00
Bölmə:Gündəm / Səhiyyə | çapa göndər

Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş Beynəlxalq Elmi-praktik konfrans keçirilib

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq Elmi-praktik konfrans keçirilib.

aia.az-ın məlumatına görə, konfransın keçirilməsində əsas məqsəd oftalmologiya sahəsində baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələlərindən danışılıb.

Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları öz məruzələri ilə çıxış ediblər.

Qeyd olunub ki, Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir.

Onun “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib.

Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmloloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov konfransı açıq elan edib.

Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve EDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии: механизмы действия и клинические результаты”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”, “Использование склеральных линз в сложных случаях аметропии: проблемы, решения, перспективы”, “Viral uveitin müasir risk faktorları” və s. mövzularında çıxışlar dinlənilib.

Konfransda həmçinin Rusiyadan, Türkiyədən və digər müəssisələrdən və mərkəzdən həkim heyəti iştirak edərək, öz təqdimatları ilə məruzə ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024