Mobil versiya
Gülər Sultanzadə: “Qərbi Azərbaycana qayıdış milli birliyin təminatıdır”
Tarix: 29-04-2024 | Saat: 10:45
Bölmə:Gündəm / Özəl | çapa göndər

Gülər Sultanzadə: “Qərbi Azərbaycana qayıdış milli birliyin təminatıdır”

“Qərbi Azərbaycan İcması” Azərbaycan xalqının öz tarixi dədə-baba torpaqlarına qayıdışının yol xəritəsini cızan və ona doğru start götürən bir platformadır. “Qərbi Azərbaycan” adı tarixin qatlarını canlandırıb, o yerlərdən məcburən qovulan azərbaycanlıların dünyaya verdiyi “haqqı gör, haqqı tanı, ədaləti bərpa et!” mesajıdır. “Qərbi Azərbaycan İcması” həm tarix, həm ölkə vətəndaşları qarşısında Qərbi Azərbaycan kökənli insanları bir araya gətirən qurum olaraq formalaşıb. Bu qurumda cəmlənən insanların hər biri çalışır ki, Qərbi Azərbaycana, öz dədə-baba torpaqlarına gedib öz tarixi abidələrini, qəbiristanlıqlarını, müqəddəs ocaqlarını ziyarət edib, babalarının ruhuna dualar oxusunlar.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada
Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.


Müsahibimiz qeyd edib ki, “İcmanın qəbul etdiyi ən mühüm sənədlərdən biri də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasıdır. Qayıdış Konsepsiyasında bir neçə müddəa var ki, o torpaqlara qayıtmağımız üçün Ermənistan hökuməti azərbaycanlılara məxsus viran edib, dağıtdıqları evlərin təmirini aparmalı, bərpa etməlidir. O cümlədən qərbi azərbayacanlıların o yerlərdə təhlükəsizliyinin qarantı üçün Azərbaycan Dövləti və Azərbaycan Dövlətinin seçdiyi dövlətlər tərəfindən təminat alınmalıdır. Yəqin ki, bununla bağlı yaxın vaxtlarda beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Bundan sonra biz torpağımıza qayıdacağıq. Biz düşünürük ki, bizə təminat verən ölkənin kim olacağı mütləq Azərbaycan Dövləti ilə razılaşdırılmalıdır. Pakistan, Türkiyə, İngiltərə kimi beynəlxalq qanunları hər zaman özündə ehtiva edən ölkələr təhlükəsizliyimizlə bağlı bizə zəmanət verə bilər.
Qeyd etmək və unutmamaq lazımdır ki, Azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması, insan ləyaqəti və bərabərlik prinsiplərinə xələl gətirməklə, beynəlxalq konvensiya və müqavilələrə zidd insan hüquqlarının çoxsaylı və kobud pozuntulara səbəb olub. Ermənistan orada yaşamış azərbaycanlılara qarşı qırğın, terror, hədə-qorxu törətməklə, onların əmlaklarını qanunsuz ələ keçirməklə, onları təhlükə və ya az dəyərli varlıqlar kimi qələmə verən sistemli təbliğat və insanlıqdan məhrumetmə kampaniyası aparmaqla, onların hərəkət azadlığını və resurslara çıxışını məhdudlaşdırmaqla etnik təmizləmə aparıb, Ermənistan hakimiyyət orqanları, həmçinin, azərbaycanlıların qəbiristanlıqlarını, dini ocaqlarını, mədəni və tarixi abidələrini dağıdıb. Ermənistan hökuməti bunları törədib azərbaycanlıları fiziki olaraq didərgin salmaqla kifayətlənməyib, həm də onların bir etnos kimi izlərini o torpaqlardan silməyə cəhd edib.”

Gülər Sultanzadə bildirib ki, “Ermənistan ərazisi olan Azərbaycan torpaqlarında 300-dən yuxarı Azərbaycan kəndləri olub. Həmin kəndlər hazırda, demək olar ki, boşdur, heç kim yaşamır. O cümlədən də Ermənistanın böyük şəhərlərinin əsas hissəsini azərbaycanlılar təşkil edib. O yerlərdə boşluq var və biz azərbaycanlılar vaxtilə boşaltdığımız yerlərə qayıdıb, öz ata-baba torpaqlarımızda yaşayacağıq. Qərbi Azərbaycanaq qayıdış həm də milli birliyimizin təminatıdır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024