Mobil versiya
Tramp məhkəmə prosesini şərh etmək qadağan edilməsini söz azadlığı hüququnun pozulması adlandırıb
Tarix: 30-04-2024 | Saat: 23:38
Bölmə:Özəl | çapa göndər

Tramp məhkəmə prosesini şərh etmək qadağan edilməsini söz azadlığı hüququnun pozulması adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp porno aktrisa Stormi Danielsə (əsl adı Stefani Klifford) pul ödəməsi ilə bağlı bütün tərəflərə şərh dərc etməyi qadağan edən tıxac əmrlərini onun söz azadlığı hüququnun pozulması adlandırıb.O, Truth Socila səhifəsində yazıb: "Bu hakim [Xuan Merçan] məni konstitusion söz azadlığı hüququmdan məhrum etdi. Mən tarixdə [məhkəmə haqqında] şərh vermək qadağan edilmiş yeganə prezidentliyə namizədəm". Tramp da bu prosesi “2024-cü il seçkilərinə müdaxilə” adlandırıb.
Məhkəmə Trampı porno ulduzların ödənişi ilə bağlı verdiyi şərhə görə cərimələyib

Bundan əvvəl Nyu York məhkəməsi Trampı işin bütün tərəflərinə porno aktrisa Stormi Danielsə ödənişlə bağlı şərhlər dərc etməyi qadağan edən tıxac əmrini pozduğuna görə 9 min dollar cərimələyib. Tramp həmçinin məhkəməyə hörmətsizlik etdiyinə görə 2000 dollar cərimə olunub.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024