Mobil versiya
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir -Fotolar
Tarix: 06-05-2024 | Saat: 13:11
Bölmə:Siyasət | çapa göndər

Qazaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının                     101-ci ildönümü ilə əlaqədar Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri keçirilir

06 may 2024-cü il tarixdə Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Dahi Rəhbər, Böyük Xilaskar, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar YAP Qazax rayon təşkilatı Aparatının işçiləri və fəalları Qazax rayon ictimaiyyəti üçün müqəddəs məkana çevrilmiş Qazax rayon Heydər Əliyev Mərkəzində "Açıq qapı” günlərində iştirak etdilər və Dahi Rəhbər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsinə bir daha hörmət və ehtiramlarını bildirdilər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış oldular, Ulu Öndərin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izlədilər.

Sonda Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan dövlətinin xəritəsi ətrafında Dahi Rəhbərin uzaqgörən siyasəti, xilaskarlıq missiyası və misilsiz xidmətləri barəsində geniş söhbətlər aparıldı.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024