Mobil versiya
Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Şahmat turniri keçirilib - FOTOLAR
Tarix: 06-05-2024 | Saat: 15:55
Bölmə:İdman | çapa göndər

Tovuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Şahmat turniri keçirilib


YAP Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman-Şahmat Məktəbinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi rayon sektorunun birgə təşkilatçılığı ilə rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin binasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101- ci il dönümü ilə əlaqədar uşaq və yenitetmələr arasında Şahmat üzrə rayon birinciliyi keçirilmişdir.

Turnirin açılışında iştirak edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə, Gənclər və İdman idarəsinin rayon üzrə sektor müdiri Vasif Abdullayev çıxış edərək Ulu Öndər Heydər Əliyev tərəfindən həmişə idmanın inkişafına böyük diqqət ayrıldığını, ölkəmizdə şahmata olan maraqdan, şahmatçılarımızın beynəlxalq yarışlardakı uğurlarından, Azərbaycanın dünyada qabaqcıl şahmat ölkəsi kimi tanınmasından, uşaqların təhsilinə, sağlamlığına və idman sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq bu gündə Prezident İlham Əliyevin şahmatın inkişafına böyük diqqət yetirdiyini, respublikamızda şahmatın inkişaf etdirilməsi üçün xüsusi sərəncamlar imzalandığını qeyd edərək turnir iştirakçılarına uğurlar arzulayıblar.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü həsr edilmiş Şahmat turnirinin qaliblərinə təşkilatçılar tərəfindən qiymətli hədiyyə və diplomlar, turnirin təşkilində və keçirilməsində aktiv iştirakına görə rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin bir qrup müəllimlərinə YAP Tovuz rayon təşkilatı tərəfindən Fəxri-Fərmanlar təqdim edilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024