Mobil versiya
Putinin andiçmə mərasimi ilə bağlı Aİ daxilində parçalanma yaranıb
Tarix: 07-05-2024 | Saat: 09:55
Bölmə:Özəl | çapa göndər

Putinin andiçmə mərasimi ilə bağlı Aİ daxilində parçalanma yaranıb

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak məsələsi ilə bağlı üzv ölkələr arasında fikir ayrılığı səbəbindən Avropa İttifaqı (Aİ) daxilində parçalanma yaranıb. “Spiegel” bu barədə mənbələrə istinadən xəbər verir.Fransa, Macarıstan və Slovakiya Rusiya ilə əlaqə kanallarını saxlamaq üçün mərasimə öz nümayəndələrini göndərmək istəyirlər, adının açıqlanmasını istəməyən bir neçə Aİ diplomatı nəşrə bildirib.
Digər dövlətlər, o cümlədən Almaniya buna şübhə ilə yanaşır və mərasimdə iştirak etməyi planlaşdırmır.

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü "Almaniya bu tədbirdə iştirak etməyəcək" dedi.
Bundan əvvəl Fransanın Moskvadakı səfiri Pyer Levini Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasiminə göndərməyi planlaşdırdığı bildirilirdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024