Mobil versiya
Rusiyada şokoladın qiymətlərinin artacağı gözlənilir
Tarix: 07-05-2024 | Saat: 16:11
Bölmə:Özəl | çapa göndər

Rusiyada şokoladın qiymətlərinin artacağı gözlənilir

Rusiyada şokoladın qiymətlərinin artacağı gözlənilir. RBC xəbər verir ki, bu cür məhsulların tədarükçüləri məhsulların qiymətlərinin artması ilə bağlı xəbərdarlıq ediblər.Nəşrin mənbələrinə görə, qarşıdan gələn dinamika haqqında məlumat pərakəndə satış şəbəkələrinə göndərilib. Söhbət xərclərin 10-20% artırılmasından gedir, həmsöhbətlər qeyd ediblər.

“Rusprodsoyuz”un icraçı direktoru Dmitri Vostrikovun sözlərinə görə, tədarükçülər şokolad məhsullarının satış qiymətində kakao paxlasının ciddi bahalaşması ilə əlaqədar düzəlişlər edir. O, bu tədbiri məcburi adlandırıb. Mütəxəssisin aydınlaşdırdığı kimi, şokolad fabrikləri görünməmiş xərc artımı ilə üzləşib.

Barry Callebaut artıq öz məhsullarının satış qiymətlərini artırıb. Dünyanın ən böyük sənaye şokolad istehsalçısı 2024-cü il yanvarın 1-dən şokolad məhsullarının qiymətini 20% artırıb.Reuters xəbər verir ki, Afrika kakao fabriklərində baş verən böhran səbəbindən şokoladın qiymətləri bütün dünyada artacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024