Mobil versiya
Azərbaycanı qoruyan düha
Tarix: 07-05-2024 | Saat: 16:21
Bölmə:Özəl | çapa göndər

Azərbaycanı qoruyan düha

Əgər ən yeni tariximizin 30 il bundan əvvəlki və bugünkü dövrləri arasında paralel aparmış olsaq, bu zaman görərik ki, Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəlində Ulu Öndərimizin qətiyyəti və dərin zəkası sayəsində siyasi böhrandan necə xilas olmuşdusa, bu gün də məhz Ümummilli Liderimizin siyası kursunu və inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirən möhtərəm Ölkə Prezidenti cənab İlham Əliyevin gərgin səyləri və yenilməz iradəsi sayəsində ardıcıl möhtəşəm zəfərlər əldə etməkdədir. Bu tarixi analogiya bir daha göstərir ki, Heydər Əliyevin dövlətçilik məktəbi hər zaman olduğu kimi bu gün də aktuallığını qoruyub saxlayır və ölkəmizin daha da qüdrətlənməsi işinə öz misilsiz töhfələrini verməkdə davam edir. Müstəqil milli dövlətçiliyimizin memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Azərbaycanın ən yeni tarixinin ən mühüm və şərəfli səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur.

Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini yenidən əldə etməsini tarixi nailiyyət kimi qiymətləndirirdi. Onun qorunması və möhkəmləndirilməsi isə qat-qat çətin və mürəkkəb vəzifə idi. Bu şərəfli missiyanı məhz Heydər Əliyev yerinə yetirdi. 1993-cü ilin keşməkeşli iyun günlərində xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndərimiz müasir, demokratik və hüquqi dövlətimizin əsaslarını yaratdı. Böyük qayıdış tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Bununla da respublikamızda xaosun aradan qaldırılması, dövlətçiliyin möhkəmləndirilməsi, tənəzzülün qarşısının alınması üçün düşünülmüş və əsaslandırılmış kurs həyata keçirilməyə başladı. Suveren dövlətin iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edən kompleks addımlar atıldı.

Tarixin dərslərindən ibrət götürmək, nəticə çıxarmaq olduqca vacibdir. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçildiyi və xalq qarşısında and içərək vəzifələrini həyata keçirməyə başladığı həmin vaxtların hər şeydən öncə öz gərginliyi, dramatikliyi ilə yadda qaldığını unutmaq qətiyyən olmaz. Böyük idarəçilik təcrübəsinə malik olan Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli konsepsiyasını işləyib hazırlanmış və onu dəqiqliklə həyata keçirmişdir. Məhz bunun nəticəsində Azərbaycan bu gün dünyada özünəməxsus yeri olan dövlətlərdən biridir. Xalqını sonsuz məhəbbətlə sevən Heydər Əliyev bütün həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inikşaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etdi. Ulu Öndərin gərgin səyləri nəticəsində ölkədə qısa bir müddət ərzində dayanıqlı ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış yeni Konstitusiya 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Məhz bu Konstitusiya əsasında Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyuldu.

Azərbaycan xalqı hər il olduğu kimi, bu il də may ayının 10-da Ulu Öndər Heydər Əliyevin doğum gününü böyük ruh yüksəkliyi və sonsuz sevgi hissi ilə qeyd edir. Lakin məhz bu il, Ümummilli Liderimizin anadan olmasının 101-ci ildönümü günü tarixin yaddaşında məxsusi bir gün olaraq qalacaq. Çünki bu il Azərbaycan ilk dəfə olaraq öz xilaskar övladının doğum gününü artıq özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etmiş ölkə olaraq qeyd edir. 2020-ci ildə Ölkə Preidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Ulu Öndərin müqəddəs vəsiyyətinə əməl etdi öz torpaqlarının 30 il ərzində davam edən işğalına son qoydu. Ötən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində isə, Qarabağda separatçılığa birdəfəlik son qoyuldu, Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltmiş, dövlətin iqtisadi qüdrətinin daha da artması üçün yeni imkanlar açmışdır. İşğaldan azad olunmuş ərazilərin ölkənin ümumi iqtisadiyyatına qatılması, yeni yaradılan və bərpa edilən beynəlxalq və regional nəqliyyat dəhlizlərinin imkanları Azərbaycanın inkişafını tamamilə yeni bir mərhələyə çıxarır. Heydər Əliyev ideyaları üzərində gələcəyə inamla irəliləyən müasir nəsil az bir zaman sonra möhtəşəm yeniliklərin, misli görünməmiş inkişafın canlı şahidləri olacaqlar.

Kamran Qasımov,
YAP Tovuz rayon təşkilatının Məsləhətçisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024