Mobil versiya
Şəmkir rayonunda Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
Tarix: 08-05-2024 | Saat: 16:44
Bölmə:Cəmiyyət | çapa göndər

Şəmkir rayonunda Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib

aia.az xəbər verir ki, 07 may 2024-cü il tarixində YAP Şəmkir rayon təşkilatı Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan təbiəti” adı altında ağacəkmə aksiyası keçirib.
 
Şəhidlər xiyabanında keçirilən aksiyada Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir Rayon Təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon icra hakimiyyəti başçısı Aparatının, rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və digər təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları iştirak etdilər.

Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024