Mobil versiya
"Azəriqaz" binanın partlamasını gözləyir? - "Bloka qaz sızdı"
Tarix: 20-07-2017 | Saat: 16:48
Bölmə:Karusel | çapa göndər

"Azəriqaz" binanın partlamasını gözləyir? - "Bloka qaz sızdı"






Dünən saat 16:00 radələrində Binəqədi rayonunda binaların birində qaz sızması olub.

Aia.Az xəbər verir ki, sakinlərin azxeber.com-a verdiyi məlumata görə, qaz sızmasının qarşısını almaq üçün onlar "Azəriqaz"a müraciət edib, ancaq müəssisədən hadisə yerinə heç kim gəlməyib: "Dünən saat 16:00-da blokda qaz sızması var idi, biz bununla bağlı "Azəriqaz"ın qaynar xəttinə məlumat verdik. Ancaq hadisədən düz 6 saat sonra onlar əməkdaşlarını göndərdilər".

Sakinlər əlacsız durumda qaldığından idarəyə də gediblər: "Biz gördük ki, heç kim gəlmir, özümüz idarəyə getdik ki, adam gətirək. Orda isə dedilər ki, işçilərdən heç kim yoxdur. Biz anlamırıq ki, "Azəriqaz" nəyi gözləyir? Onlar binanın partlamasını gözləyirlər?"

Sakinlərin dediyinə görə, işçi 6 saat sonra gəlsə də, problemi həll edə bilməyib: "Ordan adam göndərdilər, o gəldi, ancaq sızmanın qarşısını ala bilmədi. Bu gün yenidən blokda sızma var"

Məsələ ilə bağlı "Azəriqaz"dan bildirilib ki, müraciət qeydə alınıb və hazırda araşdırılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024