Mobil versiya
Naxçıvanda 63 ölkə ilə ticarət əməliyyatları aparılıb
Tarix: 17-01-2018 | Saat: 12:57
Bölmə:Karusel / Ölkə | çapa göndər

Naxçıvanda 63 ölkə ilə ticarət əməliyyatları aparılıb


Büdcənin formalaşdırılması istiqamətində 2017-ci il üçün müəyyən olunmuş 7 milyon 500 min manatlıq proqnoz tapşırığa 101,07 faiz əməl olunub.

Bunu Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində keçirilən kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov deyib.

Komitə sədri bildirib ki, gömrük orqanları tərəfindən hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 8,37 faizini təşkil edib.

Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1 faiz artıb.

2017-ciildə gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib. Hüquqpozma hallarının qarşısının alınması istiqamətində il ərzində aşkarlanmış dörd cinayət faktının üçü narkotik qaçaqmalçılığı ilə bağlı olub.

İl ərzində gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 778 icraat aparılıb və 50 min 502 manat cərimə ödənişi təmin olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024