Mobil versiya
Bu şirkətlər büdcədən 1 milyon 319 min manat yayındırıb - Siyahı
Tarix: 16-03-2018 | Saat: 15:45
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bu şirkətlər büdcədən 1 milyon 319 min manat yayındırıb - Siyahı


Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.





Xarici iqtisadi fəaliyyət iştirakçısının adı



Saxta invoysda göstərilən qiymət

Real qiymət

Fərq



1

“Define” MMC

27139,49 ABŞ dollar

38770,70 ABŞ dolları

11631,2 ABŞ dolları



2

“Define” MMC

42040,54 ABŞ dolları

60024,2 ABŞ dolları

17983,66 ABŞ dolları



3

“Yumaks” MMC

29463,86 Avro

87000 Avro

57536,14 Avro



4

“Həsənoğlu LTD” MMC

18774,22 ABŞ dolları

54090,42 ABŞ dolları

35316,2 ABŞ dolları



5

“Desplazado” MMC

49155 ABŞ dolları

149249,89 ABŞ doları

100094,89 ABŞ dolları



6

“EPMSS Group” MMC

34476,3 ABŞ dolları

119976,56 ABŞ dolları

85500,26 ABŞ dolları



7

“Star-SM” MMC

15709 ABŞ dolları

95552,8 ABŞ

dolları

79843,8 ABŞ dolları



8

Cəbiyev Səxavət Balaxan oğlu

38280 ABŞ dolları

69135 ABŞ dolları

30855 ABŞ dolları



9

“Aysberg BZ” LTD

64083 ABŞ dolları

134616 ABŞ dolları

70533 ABŞ dolları



10

“Ximekspress-2000” MMC

12674 ABŞ dolları

28287,28 ABŞ dolları

15613,23 ABŞ dolları



11

“Ximekspress-2000” MMC

10498,4 ABŞ dolları

23695,7 ABŞ doları

13197,3 ABŞ doları



12

“Ximekspress-2000” MMC

7869,7 ABŞ dolları



10371 ABŞ dolları

2501,3 ABŞ dolları



13

“Aqrosel” MMC

4556 ABŞ dolları

34380 ABŞ dolları

29824 ABŞ dolları



14

Zeynalov Həmzəağa

50634,16 Avro

153756,24 Avro

103122,08 Avro



15

“Neo Conseption” MMC

17372,75 Avro

34374,9 Avro

17002,15 Avro



16

“Biznes 2017” MMC

17492 Avro

24400 Avro

6908 Avro



17

“Səma İstehsalat Kommersiya”

17004,5 ABŞ dolları

28479,36 ABŞ dolları

11474,86 ABŞ dolları



18

“Legenda İB”

15615,97 ABŞ dolları

37865,26 ABŞ dolları

22249,29 ABŞ dolları



19

“Vertikal Line” MMC

8328 ABŞ dolları

30350 ABŞ dolları

22022 ABŞ dolları



Cədvəldən də göründüyü kimi ümumilikdə 548 min 639,99 ABŞ dolları və 184 min 568,37 Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

Bundan başqa Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə göndərilib. Belə ki, idxal etdikləri malın qiymətini "FAVORİT SERVİS" MMC 29089,30 ABŞ dolları, "SƏMA PLASTİK" MMC 15574,72 ABŞ dolları, "ULTRA PROQRESS" MMC 9450 ABŞ dolları və ŞÜKÜROV ŞAHİN RAFİQ OĞLU 9261 ABŞ dolları məbləğində azaldıblar.

Saxta invoyslar təqdim edərək Gömrük ödənişlərindən yayınmağa yol verdiklərinə görə 3 şirkət barəsində isə toplanan materiallar İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinə göndərilib. Belə ki, "Platinium-17" MMC tərəfindən saxta invoysda malın qiyməti 10000 ABŞ dolları məbləğində azaldılıb və 6077,22 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən saxta invoysda malın qiyməti 12000 ABŞ dolları məbləğində azaldılıb, 3724 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, "Zoom" MMC tərəfindən daha bir idxal əməliyyatında malın qiyməti 15764,81 ABŞ dolları məbləğində azaldılaraq 4049,51 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb və"ABA Trading" MMC tərəfindən saxta invoysda malın qiyməti 4200 Avro məbləğində azaldılıb və nəticədə 6001,25 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb.

Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödənikləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

Murad Əhməd



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024