Mobil versiya
Oğlu həbs olunan generaldan SƏRT XƏBƏRDARLIQ
Tarix: 19-07-2017 | Saat: 21:31
Bölmə:Manşet | çapa göndər

Oğlu həbs olunan generaldan SƏRT XƏBƏRDARLIQ








Xəbər verdiyimiz kimi, bir həftə əvvəl prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu Rüstəm Orucovun həbsi ölkə gündəmində geniş müzakirələrə səbəb olmuşdu.

Məlumat üçün bildirək ki, generalın oğlunun döydüyü sürücü "Xaliq Faiqoğlu" şirkətinə məxsus avtobusu idarə edib. Son günlər isə bir sıra mətbuat orqanlarında məhz Rüstəm Orucovun həbsinin arxasında "Xaliq Faiqoğlu" MMC-nin iştirak etdiyi vurğulanır və şirkətlə bağlı ittihamlar səsləndirilir.

Aia.Az xəbər verir ki, bu gün Novruzəli Orucov qafqazinfo ilə əlaqə saxlayaraq oğlunun "Xaliq Faiqoğlu" şirkəti tərəfindən tutdurulması haqqında yazılanları cəfəngiyyat adlandırıb. O qeyd edib ki, "Xaliq Faiqoğlu" şirkətinin rəhbərliyini bu günə kimi tanımayıb: "Şirkətlə heç bir əlaqəm olmayıb. Hadisə şirkətin sürücüsünün başına gəlib. Olay bu şirkətin yox, digər bir şirkətin də sürücüsü ilə də yaşana bilərdi. Çox təəssüflər olsun ki, bu hadisə oldu. Şirkətlə bağlı heç bir şikayətim yoxdur. Jurnalistlər yazırlar ki, guya ki, Faiq müəllim oğlumu tutdurub. Bunlar hamısı boş söhbətlərdir.

Yazırlar ki, oğlumun həbsindən sonra sürücüyə zəng edib onu şantaj etmişəm. Əksinə, ona heç bir iradım yoxdur. Nə sürücünün, nə də şirkətin bizə qarşı şikayəti var".

Sabiq rəis müavini oğlu ilə görüşmədiyini qeyd edib:

"Oğlum həbs ediləndən sonra onunla görüşməmişəm. Əsasən vəkili və qardaşı görüşür. Qanuna uyğun olaraq görüş keçirilir. İstintaq gedir və yəqin ki, cəzasını alacaq".


N. Orucov ailəsi haqda səsləndirilən fikirlərə sərt münasibət bildirib:

"Bütün saytlar mənim və ailəm haqqımda təhqir dolu yazılar yayımlayır. İllərlə bu dövlətə qulluq etmişəm. Yazıların altında biabırçı söyüşlər yazırlar. Ayıbdır. Sizin vasitənizlə müraciət edirəm ki, o təhqirləri yığışdırsınlar. Bu hər bir adamın başına gələ bilər. Əks halda, mən məhkəməyə müraciət etməli olacam".

General hazırda nə işlə məşğul olduğunu da açıqlayıb:

"Mən heç nəylə maraqlanmıram. Sərəncam verildiyi gündən də evdə oturub nəvələrimlə oynayıram".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024