Mobil versiya
"Yeddi oğul"dan birinin doğum günüdür
Tarix: 29-05-2016 | Saat: 12:57
Bölmə:Aia TV | çapa göndər

"Yeddi oğul"dan birinin doğum günüdür





Elçin Məmmədov 29 may 1946-cı ildə Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açıb.

AIA.az xəbər verir ki, orta məktəbi qurtardıqdan sonra o, Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinə daxil olub. İlk dəfə uşaqlıq dostu Azərpaşa Nemətovun Gənc Tamaşaçılar Teatrında rus dilində quruluş verdiyi "Mənim qardaşım klarnetdə çalır" tamaşasının rəssamı olub. Sonralar daha çox atası ilə birlikdə çalışıb. Bakıda fəaliyyət göstərən bütün teatrlarda, eyni zamanda, Moskva, Arxangelsk, Serebrovskidə də 100-dən çox tamaşada rəssamlıq edib. Akademik Milli Dram Teatrının baş rəssamı olub. Mehdi Məmmədovun quruluş verdiyi "İblis" tamaşasına görə Dövlət Mükafatı laureatı adını alıb. Elçin Məmmədovun rəssam kimi quruluş verdiyi son tamaşası da Azərpaşa Nemətovla olub.

Ömür vəfa etsəydi, "Hamlet" tamaşasında rəssam işlərini sona yetirəcəkdi. Ancaq qismət olmur. Son işi yarımçıq qalır.

Elçin Məmmədov milli kinomuzda "Yeddi oğul istərəm"də Mirpaşa, "Dədə Qorqud"da Qaraca çoban kimi yaddaqalan obrazlar yaradıb.
Rəssam, aktyor Elçin Məmmədov ömrünün 55-ci baharında dünyasını dəyişib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024