Mobil versiya
Ana Vətən Partiyası Qadınlar Şurasının sədri Yeganə Haciyeva Əlil Qadınlar Cəmiyyəti Sumqayıt Regional Şöbəsinin bir qrup üzvü ilə görüş keçirmişdir.
Tarix: 31-05-2016 | Saat: 15:59
Bölmə:Aia TV | çapa göndər



Ana Vətən Partiyası Qadınlar Şurası və “Əlil Qadınlar”Cəmiyyəti Sumqayıt Regional şöbəsi 28 may Respublika günü münasibəti ilə yaradıcı və istedadlı əlil xanımlarla görüş təşkil etdi.

Tədbirin keçirilməsində əsas məqsəd fiziki qusurlu xanımlarla tanışlıq və onların cəmiyyətə necə uyğunlaşmalarını öyrənmək olmuşdur.Fiziki məhdudiyyətli lakin yüksək yaradıcılıq imkanları olan xanımlarla görüş çox yüksək səviyyədə keçmişdir.

Yeganə xanım təkəlduz sənəti üzrə usta Aybəniz Nəsirova,toxucular Kübra Məmmədova, Müşkünaz Əliyeva, Hicran Hüseynova, Gültəkin Şirinova, tətbiqi sənət ustaları İlahə Məmmədova, Ləman Hüseynova,Yasəmən Nəsirova kimi fəal və həyatdolu xanımlarla tanışlıqdan məmnun olduğunu ifadə etmişdir.

Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt Regional Şöbəsinin sədri Səbinə Kərimova çıxış edərək, xanımların bu cür görüşlərdən çox rühlandıqlarını və cəmiyyətə yararlı insanlar olduqlarına inanmalarına səbəb olduğunu bildirmişdir. S.Kərimova Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıya və bütün Ana Vətənçilərə göstərdikləri qayğı və diqqətə görə öz minnətdarlığını bildirdi.

Sonda Y.Hacıyeva xanımlara xoş arzularını bildirmiş və xatirə şəkilləri çəkdirmişdir.

Tədbir xanımların əl işlərinə baxışla yekunlaşdı.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024