Mobil versiya
Zakir Həsənov: "Prezident vəzifə qoyub ki, gecə-gündüz təlimlər keçirək..." (VİDEO)
Tarix: 22-06-2016 | Saat: 11:33
Bölmə:Aia TV | çapa göndər



Azərbaycan ordusunun cəbhədə iyunun 19-dan başlayan genişmiqyaslı təlimləri davam edir.

Müdafiə naziri Zakir Həsənovun rəhbərlik etdiyi təlimlərə 25 min şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunub.

Bu gün təlimin gedişini kütləvi informasiya vasitələrinin nümayəndələri də izləyəcək.

ANS TV-nin bölgəyə ezam olunmuş xüsusi müxbiri Rahib Qərib son məlumatları çatdırıb.

Onun sözlərinə görə bu gün operativ taktiki təlimlərin ən vacib mərhələlərindən biri döyüş atışları həyata keçirilir. Artilleri, aviasiya, hərbi hava qüvvələri eləcə də dəniz qüvvələri təlimlərə cəlb olunub. Təlimlər daha çox cəbhəyanı zonalarda keçirildiyi üçün qüvvələrin böyük qisminin bu zonalara cəlb edildiyini söyləyən müxbir təlimlərdə yeni döyüş vasitələri və texnikalarından istifadə olunduğunu diqqətə çatdırıb.

Ötən gün isə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun döyüş atışlı taktiki təlimi keçirilib.

Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimə hazırlıq barədə Ali Məclisin Sədrinə raport verib. Bildirilib ki, təlimə 2085 nəfər şəxsi heyət, 200-dən artıq döyüş və müxtəlif təyinatlı texnikalar cəlb olunub. Qüvvə və vasitələrə ərazinin xarakterinə uyğun olaraq hədəf şəraiti yaradılıb.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimi izləyən jurnlaistlərə açıqlamasında ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimi yüksək qiymətləndirib: "Cənab prezident, Ali Baş Komandan Silahlı Qüvvələrimizin qarşısında vəzifələr qoyub. Bu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz təlimlər keçirməli, şəxsi heyətin döyüş hazırlığını yüksəltməliyik. Mən Baş Qərargah qarşısında vəzifə qoymuşam ki, bütün təlimlər döyüş şəraitinə uyğun keçirilməlidir və keçirilir. Müavinlərim və hərbi birləşmə komandirləri ilə də təlimin gedişində müzakirələr apardım. Tam məsuliyyətimlə deyirəm ki, təlimlər yüksək səviyyədə keçdi, qarşıya qoyulan məqsəqlərə nail olduq, bütün hədəflər vuruldu".

Ölkə başçısı tərəfindən Silahlı Qüvvələrdə aparılan islahatlara toxunan nazir qeyd edib ki, bu islahatlar artıq nəticəsini verir: "Silahlı Qüvvələrimizdə kompleks islahatlar həyata keçirilir. Bu gün Silahlı Qüvvələrdə mövcud olan yüksək səviyyəli döyüş hazırlığı bu islahatların nəticəsidir. Azərbaycan Ordusunun istifadəsində olan müasir avadanlıqlar və silahlar aparıcı dövlətlərin Silahlı Qüvvələri ilə eynidir. Bütün bunlar ölkə başçısının ordumuza göstərdiyi diqqətin nəticəsidir”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan operativ-taktiki təlimləri başlayıb. Bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi keçirilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi atışlı mərhələdə fərqlənən hərbçilər mükafatlandırılıb. İyunun 24-dək davam edəcək təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.

Təlimlər iyunun 24-dək davam edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə