Mobil versiya
Azərbaycanda Qafqazın ən böyük tikiş fabriki açılır
Tarix: 22-09-2016 | Saat: 12:36
Bölmə:Aia TV | çapa göndər



Tikiş fabrikinin 2 min işçisi olacaq və idxaldan asılılıq 30% azalacaq.

Yaxın vaxtlarda Azərbaycanda ölkənin və ümumilikdə Qafqazın ən böyük tikiş fabriki açılacaq.

Oxu.Az İqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki, yeni müəssisə Mingəçevir Sənaye Parkında fəaliyyət göstərəcək.

Onun yaradılmasında məqsəd Azərbaycanın hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan olan asılılığı azaltmaqdır.

Fabrikdə Almaniya və Yaponiya istehsalı olan müasir tikiş avadanlıqları quraşdırılacaq və ildə 2 milyon ədəddən çox geniş çeşidli və müxtəlif təyinatlı geyim və tekstil məhsulları istehsal olunacaq.

Bununla da hazır tekstil məhsulları və geyim üzrə idxaldan asılılıq ən azı 30% azalacaq. Tikiş fabrikində 2 mindən çox yeni iş yeri açılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024