Mobil versiya
Bakıda qəribə hadisə: "Bir də gördüm qadın paltarında 4 kişi..."
Tarix: 28-03-2017 | Saat: 16:03
Bölmə:Media | çapa göndər

Bakıda qəribə hadisə: "Bir də gördüm qadın paltarında 4 kişi..."



Bakıda cinsi azlıqların mənsubları yük avtomobilinin sürücüsünü qarət ediblər.

AİA.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, homoseksualistlərin qurbanı Ağsu rayonunun 26 yaşlı sakini Rəhim Cəbrayılovdur. Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş R.Cəbrayılovun sözlərinə görə, martın 27-dən 28-nə keçən gecə Sahil qəsəbəsinin ərazisi ilə Bakı istiqamətinə maşın sürüb.

Təxminən gecə saat 1 radələrində R.Cəbrayılov santexnika daşıdığı Ateko markalı yük maşınını gömrük postundan 200 metr aralıda saxlayıb. O, kabinədən çıxaraq yol kənarına tərəf gedib. Bu zaman başlarında qadın pariki, əyinlərində mini-yubka olan 4 transvestist qəflətən peyda olub. Onların ikisi R.Cəbrayılovun qollarını burub, ikisi isə onun üst-başını arayıb. Sürücüdən 1456 manatı götürən quldurlar aradan çıxıblar.

"Zərərçəkən əmin edir ki, cinayətkarlara müqavimət göstərməyə çalışıb. Lakin onlar qadın paltarı geyinsələr də, kişi gücündə olublar. Bu səbəbdən də R.Cəbrayılov onların öhdəsindən gələ bilməyib", - polis şöbəsindən bildiriblər.

Polis əməkdaşlarının dediklərinə görə, avtomobil trasının bu hissəsində transvestistlərin fahişəliklə məşğul olmaları dəfələrlə qeydə alınıb. Fahişəliksə Azərbaycanda cəmi 100 manat məbləğində cərimə ilə cəzalandırıldığından əxlaqsızlıqla məşğul olanlar "iş"lərindən əl çəkmirlər.

"Görünür, həmin gün transvestistlərin "gəlir"ləri az olduğundan quldurluğa əl atıblar", - polislər deyiblər.

Quldurların kimliyi hələlik bəlirlənməyib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024