Mobil versiya
Whatsapp-da qrup yaradanlar - HƏBS OLUNA BİLƏRSİNİZ
Tarix: 22-04-2017 | Saat: 13:07
Bölmə:Media / Karusel | çapa göndər

Whatsapp-da qrup yaradanlar - HƏBS OLUNA BİLƏRSİNİZ



Hindistanın Varanasi şəhərində qüvvəyə minən bir qanuna görə, Whatsapp qruplarında yazılan mesajların hüquqi məsuliyyəti qrup idarəçisinə aid olacaq.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, yeni qanun, Hindistanda 200 milyonu keçən Whatsapp istifadəçiləri arasında yalan məlumatların yayılmasını əngəlləmək məqsədi daşıyır.

"YALNIZ TANIDIĞINIZ ŞƏXSLƏRİ İŞARƏLƏYİN"

Facebook və Whatsapp-dakı qruplarda bir, və ya daha çox şəxs qrup rəhbəri ola bilər. Qrupa kimlərin qatılacağını idarəçilər təyin edə bilirlər.

Hindistanda 200 milyonu keçən Whatsapp istifadəçisinə "yalnız şəxsi tanışlığı olanları qruplara əlavə etmək lazımdır" deyilib. Yanlış məlumatların qrupda paylaşılmasından sonra qrup rəhbərinin məlumatın səhv olduğunu bildirməsi və məlumatı yayan şəxsi qrupdan çıxartmağı lazımdır.

Polisə xəbər verəcəklər

Hindistanda Whatsapp istifadəçilərinə məsləhət bununla da bitmir. Yanlış məlumat paylaşanların kimliyi barədə polisə xəbər verilməsinin vacibliyi də istifadəçilərə bildirilib. Əgər bunu etməsələr, Whatsapp-dakı qrup rəhbərləri, göndərilən səhv məlumatların məsuliyyətini boynuna götürmüş sayılacaqlar.

Qrup rəhbərlərinin diqqətli olmağının vacib olduğu deyilən bu xəbərdarlıqda, dini mövzuda mesajların yazılmaması xüsusi ilə qeyd edilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024