Mobil versiya
"Ağdaşlılar dəli olublar"
Tarix: 25-06-2016 | Saat: 09:52
Bölmə:Media | çapa göndər

"Ağdaşlılar dəli olublar"





Əslən Ağdaşdan olan tanınmış yazıçı Xeyrəddin Qoca Qoşaqovaq kənd sakinlərini qorxuya salan qəribə varlıqlar barədə yayılan xəbərə münasibət bildirib.

Aia.Az bildirir ki, o, publika.az-a belə deyib: "Kənd camaatı dəli olub. Nə ruh, nə cin, nə şeytan? Bunlar hamısı cahil adamların uydurmasıdır. İki-üç nəfər xəstə təfəkkürlü adam qara paltar geyinib düşüblər kəndin içinə. Cəlil Məmmədquluzadənin əsərlərindəki personajlardır, 100 ildə dəyişən yalnız kostyumumuz olub. Təfəkkür dəyişməyib. 67 yaşım var, bu ruh var idisə, mənim gözümə niyə görünmür?"

Qeyd edək ki, kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, qeyri-adi varlıqlar ötən gecə yenidən görünüblər. Hətta onları görən bir qadın özündən gedib. Qəribə varlıqlar yenə də həyətlərə girərək gəziblər.

Sakinlərin sözlərinə görə, saqqallı və çox hündür olan bu varlıqları tutmaq üçün polis ötən gecə kənddə əməliyyat keçirəcək. Kənd sakinlərinə axşam 22:00-dan sonra küçəyə çıxmamaq tapşırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024