Mobil versiya
Aritmiya ilə bağlı bildiyimiz yanlışlar
Tarix: 25-05-2018 | Saat: 13:38
Bölmə:Səhiyyə | çapa göndər

Aritmiya  ilə bağlı bildiyimiz yanlışlar



Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər. ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloq aritmoloqu İsmayıl Göyüşöv aia.az-a belə deyib. Həkimin sözlərinə görə, təngnəfəslik ürəkdə dəlik (istər genetik, istərsə də sonradan yaranmış), ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilrə.

ATU-nun məzunu olan İ.Göyüşov TUS imtahanından (Tibbdə Uzmanlıq ) uğurla keçərək, Ankara Universitetinin kardiologiya şöbəsində uzmanlıq keçib. 2014-2017-ci illərdə Türkiyədə özəl xəstəxanada, daha sonra Almaniyada işləyən həkim orada daha çox aritmiyası olan xəstələri müalicəsi ilə məşğul olub. Onun sözlərinə görə, son vaxtlar ürək döyüntüsü yüksək olan, ürəkkeçməsi, ürək çatışmazlığı olan xəstələr müraciət edənlər arasında üstünlük təşkil edir:

“Bizim şöbəyə daha çox ürək döyüntüsündən şikayətlə bağlı müraciət edirlər. Belə xəstələrə ilk olaraq EKQ və xolter müayinəsindən keçiririk. 24 saatlıq xolter müayinəsində hər hansı bir ritm pozğunluğu müşahidə olunarsa, onda elektro fizioloji çalıma prosesinə bənzər metoda əl atırıq. Bu zaman qasıqdan orqanizmə daxil olub müəyyən ocaqları aktivləşdirmək, müalicə etmək, yandırmaq və ya soyutmaq tətbiq olunur. Müasir tibbdə bu, ən öndəgedən metodlardan hesab olunur. Biz də klinikamızda bu metodun tətbiqinə yenicə başlamışıq. Qeyd edim i, Azərbaycanda cəmi bir neçə tibbi mərkəzdə bu əməliyyatlar tətbiq olunur. Bu məqsədlə şöbəmizə müasir cihazlar alınıb. Eyni zamanda ürək çatışmazlığı olan xəstələrdə defüblatorun qoyulması, ürək pillərinin qoyulması ilə də məşğuluq".

"Ürək döyüntüsü çox olan xəstələr, psixoloqa müraciət edirlər, bir müddət psixoloji mülicələr alırlar. Lakin çox vaxt bunun təsiri olmur çünki araşdırdıqda həmin şəxslərdə ritm pozğunluğu müşahidə olunur. Qısa müddətli əməliyyatla ömürlük bu problemdən qurtulurlar. Qulaqcıq aritmiyası xəstələrdə, əksər hallarda ürək getmə halları nəticəsində aşkarlanır. Qulaqcıq aritmiyalarına əhali arasında daha çox rast gəlinir. Onun müalicəsi də effektivdir.

İ. Göyüşöv qeyd edir ki, mədəcik aritmiyaları zamanı mədəcikdə müəyyən ocaqlar aktivləşir. Bu ocaqlar normaldan fərqli atışlara səbəb olur. Belə ocaqların sayı çox olduqca ürəkdə bir neçə il sonra ürək çaışmazlığı yaranır. Onun qarşısını almaq vacibdir.

Aritmoloq İsmayıl Göyüşov məsləhət görür ki, xəstələr təngnəfəslik,ürəkdöyünmə,ürəkgetmə hallarında mütləq həkimə müraciət etsinlər. Çünki hər yaşda təngnəfəslik ürəkdə ciddi xəstəliyin fəsadından xəbər verə bilər. Bu ürəkdə dəlik,ürək çatışmazlığı, həmçinin aritmiyanın səbəbi ola bilər: “ Yəni aritmiyalar sadə bir stresslə, bir idman hərəkəti nəticəsində insanda nəfəs darlığı yarana bilər. Onda həkim müayinəsindən keçmək lazımdır. Infarktla aritmiyanın əlaqəsinə gəlincə infarkt aritmiyaya səbəb olur. Infarkt sahəsində ölü toxumalar yaranır. Ölü toxumalarla normal toxumalar arsında potensiallar fərqi müxtəlif ciddi aritmiyalara gətirib çıxarır”.

Kardioloq- aritoloq İsmayıl Göyüşöv hər kəsi ürək problemlərindən xəbər verən əlamətlərə - təngnəfəslik, ürək döyüntülərinin güclənməsinə diqqətlə yanaşmasına çağırır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024