Mobil versiya
Elmar Məmmədyarov Türkiyəyə gedib
Tarix: 21-02-2017 | Saat: 18:08
Bölmə:Siyasət / Karusel | çapa göndər

Elmar Məmmədyarov Türkiyəyə gedib






Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçiriləcək "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə yola düşüb.

Bu barədə Aia.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Konfransın açılış panelində Türk Şurasının Baş katibi Ramil Həsənov, Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu, eləcə də Türkiyə baş nazirinin köməkçisi Toğrul Türkeşin çıxışı nəzərdə tutulub. Səfər əsnasında nazir Elmar Məmmədyarovun həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024