Mobil versiya
Sərdar Cəlaloğlu Orduxanı və dəstəsini ifşa etdi
Tarix: 16-03-2018 | Saat: 15:48
Bölmə:Siyasət | çapa göndər

Sərdar Cəlaloğlu Orduxanı və dəstəsini ifşa etdi


Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu xaricdə dövlətimiz əleyhinə kampaniya aparan radikal müxalifətçilərə etirazını bildirib.

Partiya sədri AzVision.az-a açıqlamasında deyib ki, siyasi mübarizədə söyüş və təhqir yolverilməzdir.
Onun sözlərinə görə, radikallar çıxış edərkən hər bir insanın şərəf və ləyaqətini nəzərə almalı, qurşaqdan aşağı danışmaqdan yayınmalıdırlar:

"Bu, antidemokratik mübarizə üsuludur, qurşaqdan aşağı zərbə vurmaq siyasi əxlaqa ziddir. Qeyri-demokratik güclərin maraqlarına xidmət edirlər. Bu yolla, küçə söyüşləri ilə, qeyri-siyasi sözlərlə hakimiyyətə münasibət ifadə etmək xalqa xidmət etmək deyil. Sadəcə bu tip insanlar qisas, intiqam hissi ilə belə yola əl atıblar. Tamamilə yalnış yoldur. Müasir dünyada siyasi etik normalar müəyyənləşib. Etik normaları pozmaqla mübarizə aparmaq olmaz”.

S.Cəlaloğlu vurğulayıb ki, xaricdəki radikal qüvvələrin arxasında kimlərsə durur: “Hesab edirəm ki, bu, xüsusi idarələrin hazırladığı nüfuzdan salma kampaniyasıdır. Görünür, Azərbaycanın demokratik qüvvələrindən fərqli olaraq kimlərsə siyasi xətt aparır. Bu adamlar Azərbaycanın siyasi hərəkatında tanınmış deyillər. Özləri də bunu etiraf edirlər. Bunlar Azərbaycan demokratik hərəkatından çıxmayıblar. Onların siyasi mübarizə üsulları demokratiyadan kənardır”.

Partiya sədri hesab edir ki, xaricdə yaşayan Orduxan Temurxan və onun kimi qeyri-etik çıxışlar edən şəxslərin mövqeyi qəbuledilməzdir. S.Cəlaloğlu radikalları əxlaqlı olmağa çağırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə