Mobil versiya
Sevil və Sevinc bacılarının adı yeni qalmaqalda: "Ay millət, böyük zibilsiniz?"
Tarix: 21-07-2016 | Saat: 14:24
Bölmə:Dünya | çapa göndər




"S-Twins” qrupunun üzvləri, Sevil və Sevinc Səfərova bacılarının adı daha bir qalmqalda hallanımaqdadır.

"İnstagram”da müğənnilərin fanatlarından biri "sevinc_sevil_nigar” adlı istifadəçi xoşagəməz ifadələr işlədib:

"Ölün, ölün! Sevalarımı ANS adam etməyib. Sevalarım onsuz da adam idi. Həddinizi aşmayın. ANS nə məkandır ki, Sevalarımı adam eləsin?! ANS-ə heç baxan da yoxdur, özünüzü niyə göylə aparırsınız? Ay millət, böyük zibilsiniz? Sevaları harada görsəniz, eşşək balası kimi üzərinə cumarsınız ki, onlarla şəkil çəkdirəsiniz, ay ermənidən betər Azərbaycan milləti... Sevaların paxıllığını çəkirsiniz”.

Məlumat üçün bildirək ki, bu söz-söhbətə səbəb ANS televiziyasının yayımının dayandırlmasından sonra bəzi sənət adamlarının sosial şəbəkələrdə bununla bağlı xoşagəlməz statuslar yazması olub.

ANS-in keçmiş əməkdaşı Sənan Sərdaroğlu telekanal haqda yazılanlara elə sosial şəbəkə vasitəsilə cavab verib:

"ANS-in efirinə düşmək istəyən müğənniciklər, daha kimlərlə xəbərlər yollamırdınız. Lazım olsa, adlarınızı düzərəm bura. Ayıbdır, heç olmasa siz nəsə yazmayın. Sizi ANS adam edib, ortaya çıxarıb. Əkiz bacılar (Sevil-Sevinc bacılarını nəzərdə tutur-red) ANS-in efiri üçün can atırdılar. İlk dəfə sizi "Günəbaxan" verilişi efirə çıxarıb adam edib. Efir üçün yalvarırdınız. İndi bəzi müğənniciklər status yazıb paylaşırlar. Bağlanıb, yenə də açılar. Gəlib bütün dərdlərinizi ANS-ə deyirdiniz. Mən də ANS-də işləmişəm, məktəbini keçmişəm, çörəyini yemişəm. Yaxın zamanda açılar, bəzi müğənniciklər yenə efirə çıxmaq üçün yalvarar".
Onu da əlavə edək ki, məsələyə sosial şəbəkə vasitəsilə münasibətini əməkdar artist, aktrisa Mehriban Xanlarova da bildirib.
Aktisa "İnstagram” bloqunda "sevinc_sevil_nigar” adlı istifadəçinin yazdıqlarını paylaşaraq qəzəbini ifadə edib:
"Sözüm bu sözləri yazanadır. Sənə ayıb olsun ki, öz millətinə erməni deyirsən! Sənin ailən azərbaycanlı deyil? Belə çıxır ki, onlar da ermənidir? Sənə heç kim sevdiyin insanların fanatı olmağı qadağan edə bilməz. Amma nə sənə, nə də digərlərinə heç kim ixtiyar vermir ki, öz millətini aşağılasın, təhqir etsin. Sən bu sözlırinlə həmin insanları da gözdən salırsan (Sevil-Sevinc bacılarını nəzərdə tutur-red). Buna görə azərbaycan xalqından üzr istəməlisən. Çünki xalqına erməni deyərək, alçaltmısan. Bu üzrü bütün Azərbaycan xalqına borclusan!”

Onu da xatırladaq ki, Milli Televiziya və Radio Şurasının yaydığı məlumatda ANS-in terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirməsi, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürməsi, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışması və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atdığı üçün bağlandığı qeyd olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə