Mobil versiya
Müəllimlərə ŞAD XƏBƏR
Tarix: 31-05-2016 | Saat: 14:46
Bölmə:Təhsil | çapa göndər




Müəllimlərin dondurulmuş əməkhaqları cari aydan başlayaraq ödəniləcək.

Aia.az bildirir ki, bu barədə anspress-ə Təhsil Nazirliyindən verilən açıqlama veribildirdilər.

Qurumdan verilən məlumata görə, məsələ ilə bağlı hazırda sənədləşmə işləri başa çatdırılıb. "10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən və Ağdam Rayon Təhsil Şöbəsindən daxil olan məlumata əsasən bildiririk ki, sözügedən işçilərin əməkhaqlarının ödənilməsinin gecikməsinə səbəb həmin işçilər tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilmədiyi üçün onlarla Ağdam Rayon Təhsil Şöbəsi arasında əmək müqavilələrinin bağlanmasında və digər zəruri sənədlərin hazırlanmasında gecikmə olmuşdu", - deyə açıqlamada bildirilir.

Bir neçə gündür ki, Ağdam rayonundan köçkün olmuş müəllimlər 6 aydan çoxdur ki, maaşlarının verilməməsi ilə bağlı redaksiyamıza şikayət etmişdilər. Onlar hər il bu cür problemlə rastlaşdıqlarını bildirmişdilər.

"Artıq 5 aydır ki, maaşlarımız verilmir. Ağdam rayon təhsil şöbəsinə müraciət etsək də, eyni cavabı alırıq: "Gələn ay mütləq maaşlar veriləcək". Amma artıq 6 aydan çoxdur ki, maaşlardan səs-səmir yoxdur. Hamıya borcum var. Guya indi maaşlar verilsə, nə olacaq ki... Hamısını borca verəcəm. Hər il eyni problemlə üzləşirəm. Olmaz axı belə", - deyə müəllimlərdən biri gileyləndi.

Müəllimlər eyni zamanda vurğuladılar ki, onlar Nazirliyə dəfələrlə hər hansı bir məktəbdə yerləşdirilməsi ilə bağlı müraciətlər etsələr də, amma "yer yoxdur" cavabını alıblar.

Bunun nə ilə bağlı olduğuna dair sualla Təhsil Nazirliyinə müraciət etsək də, təəssüf ki, sualımız cavabsız qaldı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024