Mobil versiya
Manaf Manafov: "Azərbaycan Türk Dövlətləri Təşkilatında ideoloji və strateji lokomotiv rolunu bir daha nümayiş etdirdi"
Tarix: 22-05-2025 | Saat: 12:19
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Manaf Manafov: "Azərbaycan Türk Dövlətləri Təşkilatında ideoloji və strateji lokomotiv rolunu bir daha nümayiş etdirdi"

Mayın 21-də Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü bir daha göstərdi ki, türk dünyası geosiyasi proseslərdə artan rola malik monolit bir struktur olaraq formalaşmaqdadır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin görüşdəki çıxışı isə Azərbaycanın bu birliyin ideoloji və strateji lokomotivi rolunu bir daha nümayiş etdirdi.

Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.

Müsahibimiz onu da deyib ki, cənab Prezident İlham Əliyevin çıxışında Macarıstanla ikitərəfli münasibətlərə xüsusi vurğu etməsi TDT-nin Avropa məkanında artan nüfuzunu və təşkilatın açıq əməkdaşlıq fəlsəfəsini əks etdirir. Dövlətimizin başçısı bildirib ki, “Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır.” Bu sözlər TDT-nin regional qapanmadan uzaq, qarşılıqlı maraqlara əsaslanan çevik diplomatiyasının təsdiqidir. Cənab Prezidentin təşkilatın qeyri-rəsmi Zirvə görüşlərinin davamlı xarakter almasını vurğulaması isə türk dövlətləri arasında siyasi konsolidasiyanın və müntəzəm siyasi dialoqun vacibliyini ortaya qoyur: “Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir.” Azərbaycanın 2024-cü ildə TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi etməsi və cənab Prezident İlham Əliyevin üzv ölkələri bu tədbirə dəvət etməsi, ölkənin təşəbbüskar və birləşdirici rolunu daha da gücləndirir. Prezident İlham Əliyev çıxışında qeyd etdi: “Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm.” Yeri gəlmişkən qeyd etməliyəm ki, Azərbaycan təkcə siyasi platforma deyil, həm də iqtisadi və nəqliyyat sahəsində konkret təşəbbüslərlə Türk Dövlətlərinin inteqrasiyasına real töhfələr verir. Lakin bu töhfənin əsas motivasiyası siyasi müstəqillik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgə inkişaf modelidir. Cənab Prezidentin COP29-a dair uğurları sadalayarkən dediyi sözlər, Azərbaycanın artıq təkcə regional deyil, qlobal miqyasda da söz sahibi olan ölkəyə çevrildiyini göstərir: “Təxminən 200 ölkənin yekdil qərarı ilə 2024-cü ilin noyabr ayında Azərbaycanda COP29 kimi mötəbər konfrans keçirilmişdir. Hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Bundan başqa, 10 il ərzində razılıq əldə edilməsi mümkün olmayan karbon bazarlarının tənzimlənməsi barədə konsensusa nail olundu, İtki və Zərər Fondu işlək vəziyyətə gətirildi. COP29 böyük uğurlara imza atmış və tarixə “Bakı sıçrayışı” kimi daxil olmuşdur. COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan dövlət başçıları tərəfindən yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişi imzalanmışdır. Bu saziş ölkələrimizdə istehsal edilən yaşıl enerjinin Xəzər-Qara dəniz marşrutu ilə dünya bazarlarına ixracı üçün geniş imkanlar yaradır.” Bu təhlillər göstərir ki, Azərbaycan Prezidentinin çıxışı yalnız diplomatik ritorika deyil, həm də türk dövlətləri üçün strateji yol xəritəsi rolunu oynayır. Azərbaycanın Türk Dövlətləri Təşkilatında həm böyük nüfuza sahib olduğunu, həm də önəmli dəstək aldığını görürük. Ölkə başçısı da məhz bu kontekstdə sözügedən təşkilatın Azərbaycanın iştirakı və təşəbbüsü ilə daha da gücləndirilməsinin tərəfdarıdır. Təbii ki, kifayət qədər doğma və uğurlu olan belə bir platformanın güclənməsi bizim gücümüz deməkdir. Azərbaycan öz haqlı mövqeyini inamla müdafiə edə biləcəyi bir platformanın güclənməsində maraqlıdır-deyə M. Manafov fikrini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-05-2025