Mobil versiya
ABŞ-ın keçmiş səfiri Trampı Rusiyaya təzyiqi artırmağa çağırıb
Tarix: 22-05-2025 | Saat: 23:21
Bölmə:Özəl | çapa göndər

ABŞ-ın keçmiş səfiri Trampı Rusiyaya təzyiqi artırmağa çağırıb

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Bridcet Brink ABŞ prezidenti Donald Trampı Rusiyaya təzyiqləri artırmağa çağırıb. O, bu barədə CNN telekanalında bildirib.
Brinkin sözlərinə görə, bu, Ukraynada sülhə nail olmağın yeganə yoludur. Diplomatın fikrincə, Tramp mümkün qədər tez Rusiyaya qarşı daha da böyük sanksiyalar tətbiq etməli, həmçinin Rusiyanın Avropada dondurulmuş aktivlərinə çıxış əldə etməlidir.

"Mən hesab edirəm ki, ABŞ prezident administrasiyasının (Donald Tramp. - Red.) müharibəni dayandırmaq üçün məqsədlərinə çatmağın yeganə yolu <…> Rusiyaya təzyiq göstərməkdir. <…> Trampa dərhal daha çox sanksiyalar tətbiq etməyi məsləhət görürəm", - o deyib.
Bundan əvvəl Avropa İttifaqı anti-Rusiya sanksiyalarını sərtləşdirmək planlarını açıqlamışdı.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-05-2025