Azər Kərimli: Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı bugünkü nəsillər üçün fəxr mənbəyi olduğu kimi, gələcək nəsillər üçün də birlik və bərabərlik modelidir
Tarix: 20-06-2025 | Saat: 10:47
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. “Tarixi hadisələr Türkiyə və Azərbaycan qardaşlığının nə qədər möhkəm olduğunu sübut edir. Birinci Dünya müharibəsi zamanı Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsi, XX əsrin sonlarında Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət olması bu birliyin örnəkləridir. 2020-ci ildə baş verən İkinci Qarabağ Müharibəsi, Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcı oldu. Türkiyə, müharibənin ilk günündən son gününə qədər Azərbaycanın yanında yer aldı. Prezident Rəcəb Tayyib Ərdoğanın verdiyi siyasi və mənəvi dəstək, türk xalqının duaları və qardaşlıq mesajları Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Eyni mövqeyi 6 fevral 2023-cü ildə baş vermiş zəlzələdən sonra Azərbaycan dövləti və xalqı nümayiş etdirdi.
Bu gün isə Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan dövlətinin dəstəyi ilə tikilmiş “Azərbaycan” məhəlləsinin möhtəşəm açılışı oldu.” Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Deputat Azər Kərimli deyib: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türkiyədə coşqu ilə qarşılanması hər bir vətəndaşımızı qürurlandırır. Prezidentin çıxışı zamanı səsləndirdiyi - “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür” fikrinə istinad edərək deyə bilərik ki, bu möhtəşəm tarixi hadisə bir daha onu sübut etdi ki, sarsılmaz qardaşlıq bugünkü nəsillər üçün fəxr mənbəyi olduğu kimi, gələcək nəsillər üçün də birlik və bərabərlik modelidir.”
Böyük tarixi ənənələrə, dərin köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bugünkü mərhələsi ölkələrimizin şanlı birlik salnaməsinə parlaq səhifələr əlavə edir – deyən Azər Kərimli qeyd edib: “Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı möhkəm dostluq, Azərbaycan-Türkiyə qardaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda dünyanın böyük dövlətlərindən olan Türkiyənin güclənməsi, həm də Azərbaycanın gücünün artması deməkdir. İki ölkə arasında əlaqələrin daha da dərinləşməsi regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər