Manaf Manafov: " Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılışı təkcə bir məskən deyil, əbədi qardaşlığın simvoludur "
Tarix: 20-06-2025 | Saat: 11:15
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Tarix zaman-zaman bizə bir məqamı öyrədir. Dostluq sınaqdan, qardaşlıq əməldən tanınar. 2025-ci il iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılışı təkcə bir məskən deyil, əbədi qardaşlıq əhdinin böyük nişanı oldu. Cnab Prezident İlham Əliyevin tədbirdəki çıxışı qəlbinə, tarixə, siyasi mənaya xitab edirdi: “Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi.”
Bu sözləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Müsahibimiz deyib ki, Türkiyə-Azərbaycan birliyinin tarixi dərin köklərə malikdir. 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakıya gəlişi, qardaş yardımının ən erkən təzahürlərindən biridir. O vaxt Türkiyə qardaş yardımını əməllə göstərdi, bu gün Azərbaycan eyni qardaş borcunu yerinə yetirir. Cənab Prezident İlham Əliyev bu tarixi yaddaşları xatırladaraq bildirdi: “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub.” Xatırlayaq ki, Vətən müharibəsinin ilk saatlarından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoganın siyasi və mənəvi dəstəyi Azərbaycana böyük bir dayaq oldu. O vaxtdan bu birliyin rəsmi zirvəsi Şuşa Bəyannaməsi ilə möhürləndi. Kahramanmaraşda açılan Azərbaycan məhəlləsi 90-dan çox bina, 1200 mənzildən ibarətdir. Bu, sadəcə məkan deyil, bu, böyük bir tarixdir, bir qardaşlıq simvoludur. Cənab Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdogan bu birliklə sarsılmaz siyasi realıq yaratdılar. İlham Əliyevin bu fikri bu reallığı daha açıq ifadə etdi: “Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz ücün, dünya miqyasında önəmli amildir.” Bugün bu birlik Orta Dənizdən Orta Asiyaya uzanan sabitlik və şəffaf tərəfdaşlıq yoludur. Dövlətimizin başçısı onu da dedi ki; “Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır. Zəlzələdən dərhal sonra əziz qardaşımın, hörmətli Cümhurbaşqanının liderliyi ilə axtarış-xilasetmə işləri başlamış, ondan sonra yenidənqurma və inşaat işlərinə start verilmişdir. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin edildi. Bu, bir daha Rəcəb Tayyib Ərdoğanın öz xalqına bağlılığını, sevgisini və güclü iradəsini göstərən amildir. Eyni zamanda, bu, güclü Türkiyənin təzahürüdür. Çünki ancaq güclü dövlət qısa müddətdə bu qədər böyük yenidənqurma və inşaat işləri görə bilər.” Azərbaycan dərhal mindən çox heyəti, o cümlədən axtarış-xilasetmə üzvlərini, könüllüləri, həkimləri Türkiyənin zəlzələ bölgələrinə göndərilməsi və dərhal işə başlamazı da qardaşlığın təsdiqidir. Azərbaycan heyətləri tərəfindən 53 insan dağıntılar altından sağ çıxarılmış, bizim qurduğumuz iki səhra hospitalında 3200 insana Azərbaycan həkimləri tibbi yardım göstərməsi də qardaşa olan sevgidir. Əslində cənab Prezident İlham Əliyevin mərasimdəki çıxışı duyğuların, qardaşlıq bağlarının, siyasi məsuliyyətin dərin təzahürü idi. Azərbaycan Kahramanmaraş faciəsini öz dərdi bilmiş, ilk saatlardan yardım əli uzatmışdır. Bu, sözlə deyil, əməllə sübut olunmuş qardaşlıqdır. Bu məhəllənin tikilməsi isə birliyin əbədi olacağını bir daha təsdiqlədi. Burada 90-dan çox bina, 1200 mənzil, məktəb, bağça inşa olunub. Azərbaycan məhəlləsi bir qardaşın digər qardaşa uzatdığı ümid, güvən və dayağın simvoludur. Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı, sadəcə humanitar jest deyil, eyni zamanda strateji əhəmiyyətə malik siyasi hadisədir. Bu, Türkiyə-Azərbaycan münasibətlərində həm geosiyasi, həm də ictimai-sosial səviyyədə yeni bir mərhələnin başlanğıcıdır-deyə M. Manafof fikrini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər