Mobil versiya
Çinin kredit faizləri dəyişməz olaraq qalır
Tarix: 20-06-2025 | Saat: 11:22
Bölmə:Özəl | çapa göndər

Çinin kredit faizləri dəyişməz olaraq qalır
Çində etalon faiz dərəcələri kimi xidmət edən 1 illik və 5 illik kredit faiz dərəcələri (LPR) dəyişməz qalıb.
Milli Banklararası Fond Mərkəzindən verilən məlumata görə, 1 illik kredit faiz dərəcəsi 3 faiz, 5 illik kredit faiz dərəcəsi isə 3,5 faiz sabit saxlanılıb.

Çində 18 bankın Çin Xalq Bankı (PBoC) tərəfindən tətbiq edilən borclanma faiz dərəcəsinə dair dividend bəyannaməsinə əsasən təyin olunan LPR, 2019-cu ildən bəri ölkənin etalon faiz dərəcəsidir.

1 illik kredit faiz dərəcəsi korporativ kreditlər üçün, 5 illik faiz dərəcəsi isə daşınmaz əmlak kreditləri üçün istinad hesab edilir.

Kredit faizləri ötən ay 10 baza bəndi azaldılıb, 1 illik kredit faiz dərəcəsi 3,1 faizdən 3 faizə, 5 illik kredit faiz dərəcəsi isə 3,6 faizdən 3,5 faizə endirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-06-2025