Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri genişlənir
Tarix: 20-06-2025 | Saat: 17:20
Bölmə:Parlament | çapa göndər

İyunun 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ölkəmizdə səfərdə olan Gürcüstan Parlamenti nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə komitə sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında qədim tarixə malik dostluq və qardaşlıq əlaqələri mövcuddur. Hazırda iki ölkə arasında əlaqələr strateji müttəfiqlik səviyyəsindədir. Xalqlarımız hər zaman dərin hörmətə əsaslanan mehriban qonşuluq şəraitində yaşayıb.
Komitə sədri Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrinin dinamik inkişaf etdiyini deyib. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının uğurla fəaliyyət göstərdiyini söyləyib. Parlament komitələri arasında səmərəli əlaqələrin qurulduğunu bildirib.
O, dövlətlərimiz arasında iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini, ölkələrimizin iştirakı ilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi irimiqyaslı layihələrin regionun iqtisadi inkişafı və qlobal inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Gürcüstan Parlamentinin üzvü Anton Obolaşvili səfərin məqsədinin qarşılıqlı münasibətlərin daha da gücləndirilməsi və dərinləşdirilməsindən ibarət olduğunu deyib. O, ölkələrimiz arasında enerji, nəqliyyat və loqistika, habelə turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu bildirib. Qonaq Gürcüstanın Azərbaycanla müxtəlif istiqamətlərdə əlaqələrin möhkəmlənməsinə böyük maraq göstərdiyini qeyd edib. Parlament müstəvisində əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini səsləndirib. Regionda sülhün bərqərar olmasında birgə səylərin önəmindən danışıb.
Görüşdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Aydın Hüseynov, Zaur Şükürov, Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze, komitənin aparat rəhbəri Davit Giorqadze çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin bu günü və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanılması istiqamətində əməkdaşlığın vacibliyindən söz açıblar.
Söhbət zamanı parlament əlaqələrinin inkişafı, biznes forumların təşkili, enerji, nəqliyyat-kommunikasiya sahələrində yeni layihələrin reallaşdırılması, digər qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər