İsrail Livanın cənubuna irimiqyaslı hava zərbələri endirib
Tarix: 03-07-2025 | Saat: 21:46
Bölmə:Özəl | çapa göndər

İsrail Livanın cənubunda bir neçə bölgəyə intensiv hava zərbələri endirib
Livanın rəsmi agentliyi NNA-da yer alan xəbərə görə, İsrail ordusu Nəbatiyə şəhərinin şərqindəki Zevtar qəsəbəsini və Yəhmur çayı ətrafını hədəf alıb.
Litani çayı yaxınlığındakı Verdiyə qəsəbəsi, Cizzin bölgəsinin Mahmudiyyə qəsəbəsi və Nəbatiyyə şəhərinin Mərcaiyyun rayonundakı Deyr Serayan qəsəbəsi də İsrail döyüş təyyarələri tərəfindən bombalanıb.
Bekaa bölgəsinin qərbindəki Lazaya qəsəbəsini də hədəf alan hücumların zaman-zaman təkrarlandığı bildirilir.
Mövzu ilə bağlı İsrail ordusundan verilən açıqlamada Livanın cənubunda Hizbullaha aid silah anbarları, hərbi strukturlar və "terror infrastrukturu"na qarşı kəşfiyyat məlumatlarına əsaslanan hava hücumu təşkil edildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, Hizbullahın bölgədəki fəaliyyəti və silaha sahib olması İsrail və Livan arasında atəşkəsin açıq şəkildə pozulmasıdır.
İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) paytaxt Beyrutun cənubundakı Halde bölgəsində bir avtomobili hədəf alan hücumu nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna havadan və qurudan hücumları demək olar ki, hər gün davam edir.
Atəşkəs qüvvəyə minəndən bəri İsrail təxminən 3000 pozuntuya yol verib, nəticədə ən azı 213 nəfər ölüb, 508 nəfər yaralanıb.
İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi beş strateji təpəni işğal etməkdə davam edir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-07-2025